Bayden yenə işləri korladı - ANALİTİKA

Siyasət 12:18 17.11.2023

ABŞ prezidenti Co Baydenlə Cin lideri Tsi Cinpin arasında San-Fransisko şəhərində 4 saat çəkən görüşdə liderlər iki ölkə arasında gərginliyin azalmasına çalışıblar. “Çin və ABŞ arasında münaqişənin və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq” – deyən Çin lideri böyük dövlətlər arasında dialoqun və anlaşmanın vacib olduğunu bildirib. Buna baxmayaraq, görüşdə bir sıra mövzuyla bağlı fikir ayrılıqları ortadan qaldırılmayıb. 

Ednews xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, “The New York Times” nəşrində yayımlanan məqalədə iki ölkənin nümayəndə heyətlərinin liderlərin müzakirə etdikləri mövzuları xüsusi seçdikləri yazılıb:

"Tsi Cinpin ABŞ-la gərginlikdə maraqlı olmadığını nümayiş etdirməyə çalışıb. Bunu görüşlərin statistikası da sübut edir. Cinpin Baydenlə bugünə qədər 7 dəfə görüşüb. Cinpin sonuncu dəfə ABŞ-a 6 il əvvəl Donald Trampın prezidentliyi dönəmində səfər etmişdi. Ancaq Cinpinin səylərinə baxmayaraq, bu illər ərzində iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün olmayıb. Bunun obyektiv səbəbləri var. Buna baxmayaraq, iki ölkə lideri hərbçilər arasında təmasların bərpa olunması barədə razılaşma əldə ediblər. Bu dialoq keçmiş illərdə də olub, münasibətlər gərginləşəndən sonra kəsilib. İki ölkənin müdafiə nazirləri yenidən təmaslara başlayacaqlar. Bu təmaslar 2023-cü ilin fevralında ABŞ səmasında Çinin kəşfiyyat aerostatının vurulmasından sonra dayandırılmışdı.  

Bayden Cinpinə deyib ki, ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirəcək. Əslində bununla Bayden Cinpin vasitəsilə Çin liderinin dostu Kreml sahibi Vladimir Putinə mesaj göndərib ki, Vaşinqton Ukraynaya dəstəkdən imtina etməyəcək. Çin lideri Rusiya-Ukrayna müharibəsinin davamının tərəfdarı olmasa da, müharibəni dayandırmaq məqsədilə Putinə təsir etmək fikrindən uzaqdır. 

ABŞ-la Çinin Yaxın Şərqlə bağlı mövqeləri də o qədər oxşar deyil. Vaşinqton İsrailin terrorçularla mübarizə hüququnu dəstəkləyərkən, Pekin Qəzzada hərbi əməliyyatın dayandırılmasının tərəfdarıdır. San-Fransiskodakı görüşdə Tayvan mövzusu da müzakirə edilib. Vaşinqton “vahid Çin” konsepsiyasını tanısa da, Pekinin Tayvan adasını nəzarətə götürməsinin əleyhinədir. Cinpin üçün isə bu prinsipial məsələdir. Cinpin Baydenə deyib ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəkməlidir. Vaşinqton bu siyasətindən imtina edən deyil. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri də iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi. 

ABŞ və Çin liderlərinin San-Fransiskodakı görüşündə münasibətləri normallaşdıracaq irəliləyiş əldə olunmayıb. Hərbçilərin təmaslarını bərpa etmələri yeni mövzu deyil. Baydenin San-Fransisko görüşü ərəfəsində Cinpini yenə diktator adlandırması iki ölkə arasındakı münasibətlərin hazırki durumundan xəbər verir. “Cinpin həqiqətən diktatordur. O kommunist ölkəyə rəhbərlik edən tək şəxsdir, bunu inkar etmək mümkün deyil” deyən Bayden bu fikirləri Cinpinlə görüşdən sonra yenidən təkrarlayıb.  “Bloomberg” agentliyinin yayımladığı məqalədə Baydenin sözlərinin görüşdə əldə olunan nəticələrə gölgə saldığı yazıldı. Baydenin “diktator” ifadəsinə Çin Xarici İşlər Nazirliyi kəskin reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasında Baydenin sözləri məsuliyyətsiz adlandırılıb".

Oğuz 

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Hamısı