Yaponiya Xarici İşlər Naziri Yoşima Hayaşi Rusiyanın Kuril adaları mübahisəsindəki rolunu ədalətsizlik adlandırıb.
Ednews The Guardian-a istinadən xəbər verir ki, nazir həmçinin Rusiyanın məsələnin həll edilməsi iddiasını inkar edib.
Hayaşi Rusiya Xarici İşlər Naziri Sergey Lavroun məsələ ilə bağlı bəyanatını inkar edib.
Nazir bildirib ki, Yaponiya Rusiyanı Kuril adalarına görə deyil, Ukraynadakı addımlarına görə sanksiyalar tətbiq edir.
Xəbərə görə Yaponiya dəfələrlə Rusiyanın əsassız iddialarını inkar edib.
2022-ci ildə Yaponiyanın sanksiyaların sayını artırması ilə Rusiya Kuril adaları məsələsini tez-tez gündəmə gətirib.
Fərid