"Növbədənkənar prezident seçkilərində iştirakdan çox məmnunam. Seçimlərin həddindən artıq nizamlı və şəffaf şəkildə keçirilməsinin şahidi olduq".
Ednews xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndəsi Filiz Koç Prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Deputatın sözlərinə görə prezidenti seçkilərinin Qarabağda, xüsusilə Şuşada keçirilməsi, səsvermə bitəndən sonra da seçki qutularının azad ərazilərdə açılması qürurvericidir.