Səfir: “Azərbaycanın niyyəti regionda sabitliyin və sülhün bərqərar olunmasına töhfə verməkdir”

Siyasət 09:00 10.02.2024

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Siyasi Elmlər Universitetinin (Science Po de Paris) Asiya Assosiasiyasının tələbələri ilə görüşüb.

Ednews AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəni irsi, xarici siyasəti və regionda mövqeyi haqqında ətraflı məlumat verib.

Diplomat Avropa ilə Asiya arasında çox mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın daim müstəqilliyi uğrunda mübarizə aparmasından söz açıb, ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu, bu respublikanın Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilməsindən, bu gün ölkədə bütün sahələrdə gender bərabərliyinin təmin edilməsindən danışıb. Bildirib ki, ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən Azərbaycan elə ilk gündən Ermənistanın hərbi təcavüzü ilə üzləşib.

Otuz il davam edən erməni işğalı zamanı ölkəmiz münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışdığını deyən səfir qeyd edib ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, eləcə də Ermənistanın hərbi təxribatları Azərbaycanı torpaqlarını müharibə yolu ilə azad etməyə məcbur edib.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində işğal altındakı ərazilərimiz azad edilib. Səfir qeyd edib ki, bununla da Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ölkəmizin niyyəti regionda sabitliyin və sülhün bərqərar olunmasına töhfə verməkdir.

Səfir, həmçinin müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı, ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatını yenidən dirçəltməsindən, “Əsrin müqaviləsi”nin imzalanmasından, dünyanın nəhəng şirkətlərinin ölkəmizə cəlb edilməsindən söz açıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanın reallaşdırdığı nəhəng enerji layihələri Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük töhfələr verib. Tələbələr, eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü olan “Yaşıl enerji” strategiyası, enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerjinin önəmi barədə məlumatlandırılıb. Vurğulanıb ki, Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolların üzərində yerləşən Azərbaycan qitələri birləşdirir və regionun nəqliyyat-logistika mərkəzinə çevrilib. Qeyd edilib ki, qlobal miqyasda siyasi, iqtisadi və ekoloji çətinliklərin hökm sürdüyü bu dövrdə bir çox ölkələrin maraq dairəsində olan Zəngəzur dəhlizi regionun, eləcə də 3 qitənin - Avropa, Asiya və Afrika qitələrinin iqtisadi inkişafına mühüm töhfələr verəcək.

L.Abdullayeva, həmçinin ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyündən, eləcə də Qoşulmama Hərəkatına sədrliyindən söz açıb. Bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini deyib.

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.

"AnewZ" telekanalı Şuşanın turizm potensialı haqqında süjet hazırlayıb

Xəbər xətti

Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 5 dəfə artırıb
16:37 28.06.2025
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib
16:16 28.06.2025
"AnewZ" telekanalı Şuşanın turizm potensialı haqqında süjet hazırlayıb
15:51 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:33 28.06.2025
"İnadcıl qatır, böyük səhv edən axmaq..." Tramp-Pauel gərginliyi böyüyür
14:57 28.06.2025
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
14:39 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərəcək
14:08 28.06.2025
Sosial Ədalətin Qlobal Siması Məhəmməd Yunus-85
13:52 28.06.2025
Pakistanda partlayış baş verib
13:39 28.06.2025
Rusiyada yaxın qohumları öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız təzyiq altındadır
13:07 28.06.2025
İranın səfirinin təhrifəri təəccüb və qəzəb doğurur -XİN
12:36 28.06.2025
"ABŞ İranla razılaşmağa çalışır"
12:13 28.06.2025
Rusiya DİN azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə məlumat yaydı
11:54 28.06.2025
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
10:41 28.06.2025
Polşa Prezidenti qəfil Kiyevə gedib
09:45 28.06.2025
Qulaq çöpü qulağa zərər verə bilər
09:31 28.06.2025
" Türkiyədə 7 bal gücündə zəlzələ olacaq" -Seysmoloq xəbərdarlıq etdi
08:55 28.06.2025
"Müttəfiq təyyarələrini qəbul etməyə hazırıq "
08:23 28.06.2025
ABŞ süni intellektin enerji təminatını artırmağı planlaşdırır
08:08 28.06.2025
Kriptovalyuta oğruluqları artır
07:42 28.06.2025
Aİ ölkələri Amerika silahlarından imtina edəcək
07:10 28.06.2025
İsti havalarda bu məhsullardan uzaq durun
06:37 28.06.2025
Fransada təyyarə qəzası baş verib
06:14 28.06.2025
Avropaya "cəhənnəm istisi" gəlir
05:51 28.06.2025
İnsan ən çox neçə yaşında xoşbəxt olur? -Alimlər açıqladı
05:26 28.06.2025
Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq
04:51 28.06.2025
Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib
04:19 28.06.2025
"İsrail İran səmasında üstünlüyünü qoruyacaq"
03:57 28.06.2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib
03:24 28.06.2025
İranlı diplomat "Qərbi Azərbaycan" ifadəsinə etiraz etdi - "Bu, yolverilməzdir"
02:53 28.06.2025
Qırğızıstanda dağ gölünün bəndi uçub
02:27 28.06.2025
Samuxda ağır yol qəzası baş verib
01:46 28.06.2025
"Fars körfəzi regionunda radiasiya səviyyəsi normaldır"
01:24 28.06.2025
Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Zərdabinin adını daşıyan küçələr, məktəblər və abidələr...
00:01 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
Hamısı