Paşinyan hakimiyyətdən gedir? – Azərbaycanla yeni müahirbə TƏHLÜKƏSİ – ŞƏRH

Siyasət 12:00 20.02.2024

Ermənistanda hakimiyyət dəyişikliyi ola biləcəyi ilə bağlı xəbərlər dolaşır. Paşinyan administrasiyasındakı fikir ayrılıqları və etirazlar fonunda sözügedən iddialar daha da artır. Alen Simonyanın Paşinyanın yerinə ən iddialı namizəd olduğu deyilir. Bəs həqiqətən Simonyan Paşinyanı əvəzləyə bilərmi?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Paşinyanın siyasi komandasında parçalanma fikri yaratmaq - bu düşünülmüş məsələdir:

“Bununla da olmayan bir şeyi olar kimi göstərməklə erməni ictimaiyyətində Paşinyan komandasının zəyifliyi və parçalandığı və kiçik bir müqavimətlə hakimiyyətin devrilə biləcəyi görüntüsü yaratmaq istəyirlər. Buna inam yarandığı təqdirdə insanlar küçəyə çıxa və bu hakimiyyəti devirə bilərlər. Ona görə zaman-zaman belə bir fikir yaradılır: istər Rusiyayönlü 5-ci kalon, eyni zamanda Qarabağ klanına xidmət edən media qurumları xüsusi olaraq bu məsələ ilə bağlı canfəşanlıq edirlər. O ki, qaldı Alen Simonyan, Qriqoryan kimi şəxsələrə - onlar erməni ictimai rəyində populyar, nüfuzlu şəxslər deyil. Erməni əhalisi seçki olduğu təqdirdə onlara heç bir faiz də səs verməz. Simonyanlar Paşinyanın kölgəsində Simonyan kimi görsənir. Paşinyansız onlar heç kimdirlər. Ona görə də onları lider kimi cəmiyyətə təqdim etmək aldadıcı və ictimai rəyi çaşdırmağa yönəlib. Çünki erməni ictimai rəyində Simonyan, Qriqoryanların siyasi faktoru yoxdur. Onların ciddiliyi qəbul edilə bilməz”. 

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib ki, Paşinyanın yanlış siyasəti Azərbaycanla müharibəyə səbəb olacaq: “Ermənistanı yeni itkilər və faciələr gözləyir. Müharibənin baş verəcəyi coğrafiya Zəngəzur - mövzu dəhlizdir”. 

Bu fikirlərə də münasibət bildirən N.Miri qeyd etdi ki, Zakaryanın açıqlaması erməni ictimai rəyində xüsusilə də hakimiyyətdən narazı qalan və Rusiyanın əks kəşfiyyat idarəsi ilə hərbi əks kəşfiyyat idarəsi bilavasitə onlarla əlaqəli olan generallar, zabitlər hər zaman bu yöndə açıqlamalar verir: 

“Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla açmaq istəyini heç bir zaman bildirməyib. Belə bir plan yoxdur. Bunlar hamısı sadəcə erməni əhalisini qorxutmaq və az da olsa Paşinyana olan inamı sarsıtmağa yönəlib. Belə bir ictimai fikir formalaşdırmaq istəyirlər ki, Qarabağ itirilib əldən gedib, növbə Ermənistandır. Satqın Paşinyan tədricən Ermənistanı yavaş-yavaş Azərbaycana və Türkiyəyə təslim edəcək. Beş ildən artıqdır ki, bu revanşist, narazı qüvvələr bu cür fikirlərlə oynayır. Ancaq alternativ nə təklif edirlər? İndiki çətin, qeyri-müəyyən bir vəziyyətdə Paşinyanın hökumətini əvəzləyən siyasi qüvvələr kimlərdir və nə təklif edirlər? Ermənistanın mövcud problemini necə həll edəcəklər? Zərrə qədər bir yol göstərən nə siyasi baş, nə də komanda yoxdur. Hər kəs satqınlıqdan, xəyanətdən danışır. Lakin Ermənistanı gələcəyə aparan yolu göstərən kimsə yoxdur”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər -Mütəxəssislər xəbərdarlıq edir
13:44 07.07.2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
13:29 07.07.2025
Dünyanın ən yaşlı quru heyvanı tapıldı
13:14 07.07.2025
"II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir"
12:59 07.07.2025
Çin “Rafale”yə qarşı propoqanda aparır
12:34 07.07.2025
3 500 illik qədim şəhər aşkarlandı
12:29 07.07.2025
Rusiyada 8 azərbaycanlı saxlanılıb
12:14 07.07.2025
Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı yayımlandı
11:59 07.07.2025
Ukrayna dronları Rusiya səmasını işğal etdi
11:38 07.07.2025
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:23 07.07.2025
Lyayenin impiçment səsverməsi keçiriləcək
11:18 07.07.2025
“LC Waikiki”nin anbarı yandı
11:08 07.07.2025
Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib
11:03 07.07.2025
"Qarabağ" yoldaşlıq görüşündə "Metallist"lə üz-üzə gələcək
10:51 07.07.2025
Moskva istiqamətində Ukraynanın 8 PUA-sı zərərsizləşdirildi
10:13 07.07.2025
Bakı Beynəlxalq Dəniz Limanına yeni baş direktor təyin olundu
09:58 07.07.2025
Hamısı