Polşanın baş naziri Donald Task Avropanın 1939-cu ildəki vəziyyətə bənzədiyini deyib.
Ednews The Independent-ə istinadən xəbər verir ki, Avropa Şurasının keçmiş sədri 1945-ci ildən sonra Avropada müharibənin həqiqətən real hala gəldiyini bildirib. Onun sözlərinə görə, Putin Ukraynada öz müharibəsini aparır və səbəbsiz yerə dünya müharibəsi şəraiti yaradır.
Baş nazir bildirib ki, Ukrayna Rusiyaya məğlub olub və bundan sonra heç kim Avropada özünü təhlükəsiz hiss etməyəcək.
Fərid