Türkiyənin sabiq xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıya gəlir.
Bu barədə Ednews-a Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, M. Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti 3-5 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.
Nümayəndə heyətinin səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcəyi gözlənilir. Həmçinin aprelin 4-ü Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunacaq.