Beynəlxalq Ədalət Məhkəməsində beynəlxalq hüquq professoru Pyer Dargent Ermənistan tərəfindən əsassız iddialarla çıxış edib.
Ednews xəbər verir ki, P.Dargent bu gün Haaqada keçirilən dinləmələrdə bildirir:
"İlk olaraq, Azərbaycan tərəfi etnik ermənilərə qarşı mülki əhahi olub-olmamasından asılı olmayaraq heç bir şiddət törədilmədiyini iddia edib. Azərbaycan ordusu müharibə zamanı Qarabağda yaşayan ermənilərə qarşı zorakılıq edib. Konflikt Azərbaycanla Dağlıq Qarabağda yaşayan ermənilər arasında, məhz Dağlıq Qarabağda baş verib. Hərbi əməliyyatlar zamanı etnik ermənilərə qarşı dəfələrlə zorakılıq aktları törədilib. Nəticə etibarilə, etnik ermənilər öz qədim torpaqlarından uzaqlaşdırılıb, regionda Azərbaycan tərəfindən etnik təmizləmə olub. Azərbaycanın əsas məqsədi etnik erməniləri öz torpaqlarından uzaqlaşdırmaq idi".
Halbuki Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Heç bir halda Ermənistana hərbi zorakılıq etməyib.
Fərid