"Biz Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında keçid məntəqələri yaratmağa və əlaqəni təmin etməyə hazırıq".
Ednews erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycanda deyirlər ki, Ermənistan bu imkanı verməsə, o zaman İrandan keçəcək yol inşa edəcəklər. Buna cavab olaraq bildiririk ki, biz də İran kimi yolu açmağa hazırıq”, deyə o, qeyd edib.