Azərbaycan - Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyur

Yazarlar 18:49 18.04.2025

Azərbaycan və Gürcüstan uzun illərdir uğurlu əməkdaşlıq modeli yaradıb. Bu təcrübə regional əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi bu mənada təsadüfi sayılmamalıdır. Rəsmi Bakı bunu əlaqələrimizin mahiyyətinin, xalqlarımızın dostluğunun göstəricisi kimi dəyərləndirir. Yüksək səviyyəli təmaslar siyasi dialoqun inkişafını göstərir. Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bakı və Tbilisi beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bu illər ərzində icra olunan uğurlu layihələr yalnız regionu deyil, daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “birgə həyata keçirilən neft-qaz, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir”. Yəni, artıq elə bir reallıq yaranıb ki, biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Eyni zamanda mürəkkəb geosiyasi vəziyyətdə ən cəlbedici marşrut olan Orta Dəhliz Cənubi Qafqazda məhz Azərbaycandan və Gürcüstandan keçir. Amma aprelin əvvəlində Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Gürcüstanın Orta Dəhlizdə iştirakı gözardı edildi. Bu məsələyə Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq forumda münasibət bildirdi və İttifaqın bu yanaşmasını “ədalətsiz” adlandırdı. Heç bir potensialı olmayan, regionda destruktiv bənd olan Ermənistanı əhəmiyyətli faktor kimi qabartmaq, Gürcüstanı isə görməzdən gəlmək, sadəcə, riyakarlıqdır və təbii ki, bu qərəzli yanaşmanın kökündə Avropa İttifaqının Gürcüstanı alət kimi istifadə etmə cəhdinin boşa çıxması dayanır. Görünən budur ki, Avropa İttifaqı Cənubi Qafqazda müstəqil siyasət yeridən dövlətlərin yox, forpostların, alətlərin yaranmasında maraqlıdır. Elə regionda dayanıqlı sülhün bərpasına mane olmaq cəhdi də bu məkrli planın tərkib hissəsidir.

Bakı və Tbilisi həm də bu coğrafiyada sülhün, əmin-amanlığın bərqərar edilməsində maraqlıdır.

Liderlərin verdiyi bəyanatlardan aydın oldu ki, hər iki ölkə bundan sonra da əlaqələrin yüksələn xətlə inkişafına çalışır. Prezident Mixeil Kavelaşvili də öz növbəsində bəyan etdi ki,

ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr etimada əsaslanır. Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövründə hər iki qonşu ölkə milli dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir.

Tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha bəyan etdi. Həm Gürcüstan, həm də Azərbaycan güclü və firavan Cənubi Qafqaz naminə səylərin birləşdirilməsində maraqlıdır. Kavelaşvili də Bakıda “heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil” söyləməklə regionda dağıdıcı siyasət yeridən dairələrə mesaj ünvanladı. O, eyni zamanda Azərbaycanın ölkəsi ilə ümumi maraqların müdafiəsi sahəsində intensivləşən əməkdaşlığın vacibliyinə də diqqət çəkdi. Tbilisi düzgün və ardıcıl siyasətlə regionun potensialından tam istifadə etməyi, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməyi vacib sayır. Beləliklə, səfər zamanı aparılan müzakirələrdən, səslənən bəyanatlardan aydın olur ki, sülhə, əməkdaşlığa, rifaha əsaslanan Azərbaycan və Gürcüstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur.

Nigar Məmmədova
Millət vəkili

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Hamısı