Danimarkanın Baş naziri Mette Frederiksen paytaxt Kopenhagendə bir nəfərin hücumuna məruz qalıb.
Ednews “Haberler”a istinadən xəbər verir ki, hücum zamanı vurulan baş nazirin şoka düşdüyü, hücum edənin isə həbs edildiyi bildirilib.
Hücum edən şəxs baş verən hadisədən sonra yaxalanıb.
Polis Frederiksenin aldığı xəsarətlərlə bağlı ətraflı məlumat verməsə də, şübhəlinin həbs edildiyini bildirib.
Mikayıl