"Ukraynanı Rusiyaya qarşı silahlandırmaq çox təhlükəlidir. Bu gedişlə Britaniya 3 il ərzində müharibəyə qoşula bilər. Rusiya edilən yardımların qarşılığıda Qərbdən intiqam almaq istəyə bilər."
Ednews xəbər verir ki, bu fikirləri Böyük Britaniya ordusunun Baş Qərargah rəisi Roli Uolker bildirib.
O bildirib ki, Britaniya 2027-ci ilə kimi müharibə hazır olmalıdır. Qərargah rəisi xəbərdarlıq edərək bildirib ki, Rusiya, Çin və İran bir araya gələrək Qərbə qarşı hücum əməliyyatı həyata keçirə bilər.
Roli Oulker bu ssenarinin çox yaxın olduğunu qeyd edib və bildirib ki, ilk növbədə Çin Tayvanı işğal edəcək. Daha sonra isə İran yaxın Şərqdə daha da aqressivləşəcək və bu üç dövlət öz maraqları üçün Qərbə meydan oxuyacaq.
Fərid