"Bakı və İrəvan arasında qarşılıqlı qəbul edilə bilən həll yollarının tapılması Cənubi Qafqazda sülhə daha tez nail olmağa kömək edəcək. Rusiya Azərbaycan və Ermənistan arasındakı mübahisəli məsələlərin siyasi-diplomatik vasitələrlə həll edilməsinin tərəfdarıdır.
İndi Ermənistan ətrafında və regionda baş verən əsas məsələlərə diqqət yetirmək istəyirəm. Bu, ilk növbədə ABŞ və Aİ olmaqla, Qərbin Cənubi Qafqazda mövcud əlaqələri dağıtmağa yönəlmiş fəal addımlarıdır. Qərb qüvvələri regionu qeyri-sabitləşdirmək, onu yeni bir gərginlik ocağına və ya hətta Rusiyanın sərhədləri yaxınlığında ikinci cəbhəyə çevirmək istəyirlər."
Ednews xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin müavini Andrey Nastasinin bəyanatı zamanı bildirib.
Fərid