Suraxanı rayonunda yanğın hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Belə ki, yanğın TOSOIL yanacaqdoldurma məntəqəsində olan 10-CC-530 dövlət nömrə nişanlı BMW markalı minik avtomobilində olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.