Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.
“EDnews” xəbər verir ki , bu barədə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev məlumat yayıb.
O qeyd edib ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.
Eyni zamanda 24 aprel saat 19:00-da Azərbaycanın apostol prefekti yepiskop Vladimir Feketenin başçılığı ilə Müqəddəs Məryəm katolik kilsəsində mərhum Papa Fransiskin ruhuna Müqəddəs Messa keçiriləcək.
Xatırladaq ki, Roma Papası Fransiskin ötən gün 88 yaşında vəfat edib.
Fatimə Mərdanlı //EDnews