NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Türkiyəyə gələn ABŞ Prezidenti Donald Tramp Ankarada rəsmi mərasimlə qarşılanıb.
EDnews xəbər verir ki, "Haber Global"ın məlumatına görə, ABŞ liderini Ankara Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Qarşılama mərasimindən sonra iki liderin səmimi söhbəti kameraların obyektivinə tuş gəlib. Ərdoğan və Tramp Şərəf Salonuna keçərək xatirə fotosu çəkdiriblər.







