“İdmançının seçimini siyasiləşdirmək olmaz” - TURAL ABBASLIDAN RAFAEL FİZİYEVƏ DƏSTƏK

“İdmançının seçimini siyasiləşdirmək olmaz” <span class="text-danger">- TURAL ABBASLIDAN RAFAEL FİZİYEVƏ DƏSTƏK</span>

Millət vəkili Fazil Mustafa bir neçə gün əvvəl Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyevin döyüşə dini motivli musiqi ilə çıxmasını tənqid edib.  

"Bu yaxınlarda qaydasız döyüş üzrə idman yarışı keçirilirdi, Azərbaycanı təmsil edən idmançı artıq "Uvertüra" və ya "Cəngi" sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Qalib gələndən sonra da Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarları səsləndirir. Biz də hamımız sakitcə bunu müşahidə edirik. Ona görə də biz qanunda məhz bu prinsipləri nəzərə almalıyıq".    

Ağ Partiya sədri Tural Abbaslı bu barədə EDnews-a danışıb.

O hesab edir ki, protokol yoxdursa, idmançının hansı musiqi ilə meydana çıxması onun şəxsi seçimi və motivasiyasıdır:  

Onun  sözlərinə görə, peşəkar idmanda idmançılar döyüşə fərqli motivasiyalarla çıxırlar:  

“Bəzisi təkbir gətirir, bəzisi fərqli musiqi seçir, digəri başqa simvol və ya motivdən istifadə edir. Bunlar idmançının psixoloji hazırlığının bir hissəsidir. Belə məsələləri siyasiləşdirmək düzgün deyil". 

Tural Abbaslının qənaətincə, əgər bu, dövlətçiliyə, milli təhlükəsizliyə və milli-mənəvi dəyərlərə təhlükə yaratmırsa, hər məsələyə qarışmağa ehtiyac yoxdur. İdmançılara, incəsənət adamlarına və yaradıcı insanlara müəyyən sərbəstlik verilməlidir. 

“Millət vəkilləri idmançının hansı musiqi ilə meydana çıxmasını müzakirə etməkdənsə, gənclərin idmana cəlb olunması, idman infrastrukturunun inkişafı, narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması kimi məsələlərə diqqət yetirməlidirlər".

Onun sözlərinə görə, bölgələrdə idman imkanlarının artırılması daha vacib məsələdir: 

“Gəlin baxaq, rayon və kəndlərdə neçə gənc idmanla məşğuldur, neçə gənc isə vaxtını çayxanalarda və ya sosial şəbəkələrdə keçirir? Müzakirə edilməli əsas mövzular bunlardır". 

Partiya sədri dini inanclara hörmətlə yanaşılmasının vacibliyini də vurğulayıb:    

“Siyasətin insanların imanına və dini seçimlərinə müdaxilə etməsi düzgün deyil. Əgər həmin davranış qanun pozuntusu yaratmırsa və dövlətçiliyə təhlükə yoxdursa, buna görə kimisə hədəfə çevirmək doğru yanaşma deyil".

Sonda o, Rafael Fiziyevin seçimini müdafiə edib:  

“Yaxşı edib həmin musiqi ilə çıxıb. Öz zəhməti ilə bu səviyyəyə yüksəlib, Azərbaycan bayrağını ucaldır. Belə məsələləri süni şəkildə gündəmə gətirmək əvəzinə, idmanın inkişafı barədə danışmaq daha faydalıdır".   

Xatırladaq ki, mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. Fiziyev döyüşə mərsiyə sədaları altında çıxıb.

Xəbər xətti

AZAL Qars şəhərinə uçuşlara başlayır
17:27
ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDİR
17:26
Zelenski NATO Zirvəsində Azərbaycana təşəkkür edib
17:22
Zelenski: “NATO-nun kollektiv müdafiəsinin bir hissəsi olmalıyıq”
17:16
Kovalenko: “Ukrayna NATO-dan bəyanat yox, Patriot gözləyir”
17:10
Ərdoğan və Trampın görüşündən səmimi FOTO
17:07
Tramp F-35 qırıcılarının Türkiyəyə satılması ilə bağlı danışdı
17:03
Qırğızıstan paytaxtına uçuşlar DAYANDIRILDI
16:59
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
16:56
NATO liderlərinin Ankara toplantısı MEVLÜT YENİNİN ŞƏRHİNDƏ
16:53
Ceyhun Bayramovla Sinqapur XİN rəhbəri danışdılar - NƏLƏR MÜZAKİRƏ OLUNDU?
16:52
Qazaxdakı qəza ilə bağlı YENİ MƏLUMAT
16:45
Tramp-Zelenski görüşü ilə bağlı KRİTİK AÇIQLAMA
16:35
“İdmançının seçimini siyasiləşdirmək olmaz” - TURAL ABBASLIDAN RAFAEL FİZİYEVƏ DƏSTƏK
16:20
2029-cu ildə Azərbaycanda əhali SİYAHIYA ALINACAQ
16:17
İsmayıllıdakı qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
15:57
İran səfiri Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşdü
15:53
Ərdoğan Trampı belə qarşıladı - VİDEO - FOTO - YENİLƏNDİ2
15:36
Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
15:28
ÜST “ölümcül istilər”lə bağlı XƏBƏRDARLIQ ETDİ
15:20
60 saatlıq UCUŞ BAŞLADI!
15:12
Generala yüksək VƏZİFƏ VERİLDİ
15:05
Özbək şairi Şöhrət Arifin şeirlər kitabı Bakıda çap olundu
14:38
Millət vəkili Rafael Fiziyevi TƏNQİD ETDİ: Meydana niyə mərsiyə ilə çıxır?
14:30
Suriyanın turizm nazirinin müavini Dəməşqdəki partlayışda yaralanıb - YENİLƏNDİ
14:20
20 manatlıq bu rüsum LƏĞV EDİLİR
14:05
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası BU TARİXDƏ KEÇİRİLƏCƏK
13:45
Müdafiə naziri bir qrup hərbçini təltif etdi - FOTOLAR
13:40
Fatimənin qətli ilə bağlı ittiham irəli sürüldü
13:35
Azərbaycan vətəndaşları Gürcüstandan niyə deportasiya ediliblər?
13:31
Zelenski Ankarada BELƏ QARŞILANDI - YENİLƏNDİ - VİDEO
13:24
Zibillikdən silah-sursat tapıldı - ƏMƏLİYYAT - VİDEO
13:21
Bakıda 70 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarıldı
13:15
Yağış yağacaq - SABAHIN HAVASI
13:01
Tbilisiyə gedənlərə ŞAD XƏBƏR - ARTIRILIR
12:53
Ərdoğan Kanadanın Baş naziri Karnini qəbul etdi - FOTO
12:45
2-ci kurs tələbəsi VƏFAT ETDİ
12:38
İyul ayının pensiyaları BU TARİXDƏ VERİLƏCƏK
12:32
Yelisey sarayı Makronun DURUMU İLƏ BAĞLI MƏLUMAT YAYDI - YENİLƏNDİ
12:27
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - YENİLƏNİB
12:23
Yermolayevə sui-qəsd işində şübhəli qadının MEYİTİ TAPILDI
12:19
Dəniz daha bir CAN ALDI
12:11
Naxçıvanda ağır qəza: ÖLƏN VAR
12:05
Amerikalı senator İlham Əliyevə təşəkkür etdi
11:48
Əminə Ərdoğan NATO çərçivəsində liderlərin həyat yoldaşlarını qəbul edəcək
11:46
36-cı NATO Sammiti BAŞLADI -YENİLƏNİB
11:42
Həkimdən maraqlı açıqlama: "Kişilərin ömrünü ən çox öz davranışları qısaldır"
11:37
ABŞ Azərbaycanı G20 sammitinə DƏVƏT ETDİ
11:32
Bağçalara elektron qəbul BAŞLADI
11:28
Prezident: Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb
11:23
Məktəblərdə geyim qaydaları dəyişir
11:20
Milli Məclisin iclası BAŞLADI
11:16
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOLAR
11:11
Ronaldo: "Bu mənim üçün sonuncu dünya çempionatı idi"
11:05
Dollar almaq istəyənlərin DİQQƏTİNƏ
11:01
Ukraynada ZƏLZƏLƏ BAŞ VERDİ
10:59
İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
10:57
"Kəpəz" onunla VİDALAŞDI
10:55
Yeni Konstitusiya, yoxsa yeni dövlət modeli? Paşinyanın 5 iyul mesajının hüquqi və siyasi təhlili
10:50
Pakistanda terror hücumu: POLİSLƏR HƏLAK OLDU
10:48
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR