Türkiyənin birinci xanımı Əminə Ərdoğan Çankaya Köşkündə keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gələcək dövlət və hökumət başçılarının həyat yoldaşlarını qəbul edəcək.
EDnews Türkiyə KİV-ə istinadən xəbər verir ki, Əminə Ərdoğan Prezident Sarayına gəlişləri zamanı 20-dən çox dövlət və hökumət başçısının həyat yoldaşını şəxsən qarşılayacaq.
Qarşılama mərasimindən sonra liderlərin həyat yoldaşları "Uşaqlar, Texnologiya və Təhlükəsizlik: Gələcək Nəslin Qorunması" mövzusunda dəyirmi masa keçirəcəklər.






