Türkiyənin 20 yaşadək oğlanlardan ibarət milli komandası FIBA U20 Avropa Çempionatında qrup mərhələsini üçüncü pillədə başa vurub.
EDnews xəbər verir ki, Türkiyə millisi Sloveniyanın paytaxtı Lyublyanada keçirilən A qrupunun son oyununda İtaliyaya 67:71 hesabı ilə məğlub olub.
Qarşılaşmanın son hissəsində hesabı bərabərləşdirən Türkiyə yığması matçın sonunda üstünlüyü əldən verib.
Bu nəticədən sonra qrupda üçüncü olan Türkiyə millisi 1/8 final mərhələsində B qrupunun ikincisi Litva ilə qarşılaşacaq.







