ABŞ-da vəziyyət dəyişib, lakin Brüssel bürokratiyasından bu gün də Gürcüstanda süni nifrət toxumu səpmək üçün istifadə olunur.
“EDnews” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze 9 Aprel faciəsi münasibətilə Tbilisidə “Müqəddəs üçlük” katedralını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. Kobaxidze “dərin dövlət”in Brüssel bürokratları vasitəsilə keçmiş sovet KQB-si metodlarından istifadə etdiyini və Gürcüstanda cəmiyyəti parçalamaq üçün nifrəti yaydığını vurğulayıb.
“Biz heç kimə cəmiyyəti süni şəkildə bölməsinə imkan verməyəcəyik”, - Kobaxidze deyib.