Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Nəsər Həyat bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda həyata keçirdiyi layihələrin əsas məqsədi iqlim dəyişikliyinin təsirlərini azaltmaqdır.
Nasarın sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrdən biridir:
"Eyni zamanda, torpağın sağlamlığının yaxşılaşdırılması da əsas prioritetdir. Bu səbəbdən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləyən layihələr həyata keçiririk".
Nasar Azərbaycanın da zəngin biomüxtəlifliyə malik ölkə olduğunu və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu sahədə fəal rol oynadığını vurğulayıb:
"Biz milli parklarla əməkdaşlıq edərək biomüxtəlifliyin qorunmasını dəstəkləyirik. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edərək onların siyasətinin təkmilləşdirilməsinə, institusional potensialının artırılmasına və lazım gəldikdə texniki dəstək göstərilməsinə öz töhfəmizi veririk".
Azərbaycan tarixən neft-qaz sektoruna yönəlmiş ölkə olub və bu sektor mühüm rol oynayır. Bununla belə, məncə, ölkənin gələcək inkişaf yolu davamlılıqdan keçir. Bu baxımdan kənd təsərrüfatı strateji əhəmiyyət kəsb edir və hökumət bu sahənin qarşısına konkret məqsəd və vəzifələr qoyub.
Mədinə Məmmədova\\EDnews