Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə mexanizmi təsis ediləcək.
“EDnews” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra məsələ layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.