Madriddə 3D printerdə çap olunmuş dünyada ilk piyada körpüsü açılıb.
Körpü 8 hissədən ibarətdir və termoplastik polipropilenlə gücləndirilmiş sement tozundan hazırlanıb. Konstruksiya 12 uzunluğa və 1,75 enə sahibdir.
Layihə İspaniyanın "Acciona" tikinti şirkətinin rəhbərliyi altında hazırlanıb. Şirkətin komandası memarları, mühəndis-mexanikləri, mühəndis konstruktorları və şəhər rəhbərliyinin nümayəndələrini birləşdirib.
Layihəçilər arasında böyük obyektlər, eləcə də çoxmərtəbəli binaların çapı üçün 3D-printerin yaradıcısı Enriko Dini də olub.
Körpü ekoloji layihənin bir hissəsi olub.
Tikilinin özü tamamilə yenidən işlənmiş materiallardan ibarətdir.
Mühəndislərin sözlərinə görə, gələcəkdə 3D printer tikintinin zamanını 50-70%, əmək xərclərini isə 50-80% azalda biləcək.