“Instagram” bir müddət öncə çox istifadə edilən hekayələr bölməsinə GIF, yəni hərəkətli fotolar yüklənməsinə icazə vermişdi.
Bu gün sosial media platformasından istifadə edənlər şok yaşayıb. Çünki istifadəçilər “Instagram” hekayələr hissəsində GIF-lərdən istifadə edə bilməyiblər.
Bəyənilərək istifadə edilən bu yeniliyin ləğv edildiyi ortaya çıxıb.
“Instagram”ın yaradıcısı Kevin Sistrom məsələ ilə bağlı açıqlama verib.
O, yeniliyin təkrar nəzərdən keçirilərək sistemə yüklənəcəyini deyib.(oxu.az)