Kosmik dövlət yaradan azərbaycanlı Alim və milyarder Aşurbəyli kimdir?

Elm və texnologiya 11:49 03.07.2018

Ötən həftə Yer planetində ilk kosmik dövlətin yaradıldığına dair məlumat açıqlandı.

“Asqardiya” adlanan kosmik dövlətin ilk lideri rusiyalı alim və milyarder İqor Aşurbəylidir. Bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

İ.Aşurbəyli iyunun 26-da BMT missiyasının Vyanaya səfəri zamanı “Hofburq” sarayında Asqardiya vətəndaşlığını qəbul etmiş diplomatlar, tədqiqatçılar, hüquq və mühəndislik üzrə ekspertlərin qarşısında dövlətin kralı kimi təntənəli surətdə and içib. “Biz xalqın bütün qol-budağını yaratdıq. Mən Asqardiyanın doğulduğunu söyləyə bilərəm”, – deyə milyarder mərasim zamanı bildirib.

Asqardiyanın Yerdə heç bir ərazisinin olmamasına baxmayaraq, artıq onun 200 minə yaxın vətəndaşı var. Onlar bu ölkənin vətəndaşı olmaq üçün internet vasitəsilə müraciət ediblər. Həmçinin, aşağı yerətrafı orbitdə yaşayış məskənlərinin istifadəyə verilməsi və Ayda qəsəbənin salınmasına dair iddalı planlar mövcuddur.

Asqardiyanın fəaliyyət göstərməsi üçün mümkün olan hər bir şey var: konstitusiya, bayraq, himn və seçilmiş nümayəndələr, həmçinin öz iqtisadiyyatını formalaşdırması üçün yeni kriptovalyuta – SOLAR-dan istifadə etmək qərara alınıb. Yerlə münasibətlərin necə olacağına gəldikdə isə, Aşurbəyli bildirir ki, onların planı ölkəni müstəqil etməkdir.

“Asqardiyada Yer sistemindən asılı olmayan infrastruktur qurulacaq. Asqardiyalılar pasportun, kredit kartının və ənənəvi smartfonların inteqrasiya olunduğu yığcam qurğuya malik olacaqlar”, – deyə İ.Aşurbəyli bildirib.

İ.Aşurbəylinin altruist planlarına qlobal internetin yaradılması, həmçinin asqardian texnologiyasına çıxışın təmin edilməsi, həmçinin Yer planetini asteroidlərdən qorumaq üçün donanmanın yaradılması da daxildir. Bir sözlə, kosmik dövlətin başçısı Asqardiyanı təkcə ölkə kimi görmür, insan inkişafı yolunda irəliyə atılmış bir neçə addım hesab edir. “Kosmik məkan sonsuzdur və kosmik araşdırmalar “Homo sapiens”ə bir növ kimi ölməzlik bəxş edəcək”, – deyə milyarder bildirib.

Ölkə Skandinaviya mifologiyasındakı allahların iqamətgahı olan səma şəhəri Asqradın şərəfinə özünə bu adı götürüb. Bundan başqa Asqard populyar “Marvel”də xatırladılır. Həmin filmdə Asqrad əsas qəhrəmanlardan birinin – Göy allahı Toranın evi qismində çıxış edir.

Bəs, İqor Aşurbəyli kimdir? Eurasia Diary məşhur azərbaycanlı soyadı daşıyan alim və milyarderlə bağlı araşdırmanı təqdim edir.

İqor Rauf oğlu Aşurbəyli, yaxud İqor Raufoviç Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. Rusiyalı sahibkardır. “Sosium” holdinqin Direktorlar Şurasının sədri, KB-1 “Almaz” elmi-sənaye birliyinin elmi rəhbəridir. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, 2001-2011-ci illərdə “Almaz-Antey” konstruktor bürosunun rəhbəri olub, texnika elmləri doktorudur. 12 oktyabr 2016-cı ildə bəşəriyyət tarixində ilk dəfə olaraq kosmik dövlətin – Asqardiyanın yaradıldığını elan edib, hazırda onun kralıdır.

Məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi

Onu da bildirək ki, İ.Aşurbəylinin mənsub olduğu Aşurbəyovlar Azərbaycan xalqının məşhur soylarından biridir. Nəslin kökündə Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Bu el haqqında məlumatlar XVIII əsrə gedib çıxır. Məşhur Nadir şah Əfşar da bu tayfadandır. Bu nəsildən Təzə Pir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara Aşurbəyli kimi şəxsiyyətlər çıxıb.

Tələbə ikən ailə həyatı qurur

İ.Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. Həmin il üzrə buraxılışda o, yeganə qızıl medalçı olur. Qarşıda isə gələcəyin alimini daha ağır imtahan gözləyir. İ.Aşurbəyli sənədlərini Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin mühəndis-sistemotexnik ixtisasına verır. Cəmi bir yer uğrunda 17 abituriyent mübarizə aparır. İ.Aşurbəyli bu imtahanı qazanır və 1985-ci ildə sözügedən ixtisas üzrə məzun olur.

1983-cü ildə İ.Aşurbəyli Viktoriya adlı xanımla ailə həyatı qurur, bir il sonra isə onların oğlu – Ruslan dünyaya gəlir.

İ.Aşurbəyli 1988-ci ildə əyani aspiranturada təhsil dövründə Bakıda xüsusi proqram təminatının hazırlanması, kompüter biliyinin artırılması, kompüter texnikasının satışı və konsaltinqi ilə məşğul olan “Sosium” Kooperativ Koordinasiya-İstehsalat Birliyini yaradıb və ona rəhbərlik edib. Görkəmli alim Rafiq Əliyevin aspirantı olub.

Doğma şəhərlə vidalaşma

İ.Aşurbəyli 1990-cı ildə doğma şəhəri ilə vidalaşır. Həmin il o, Moskvaya köçür, SSRİ “Sentrsoyuz” İstehlak Kooperasiyası Müəssisələri İttifaqının nəzdində informasiya məlumat bazalarının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Sosium” Ümumittifaq Elm-İstehsalat Birliyini yaradır və ona rəhbərlik edir. 1991-ci ildə “Almaz” Elm-İstehsalat Birliyi (EİB) və bir sıra digər tanınmış dövlət və özəl qurumlarla birgə informasiya və telekommunikasiya məhsullarının geniş nomenklaturasının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Beynəlxalq informasiya və telekommunikasiya bürosu” ASC-nin həmtəsisçisi və rəhbəri olub.

İ.Aşurbəyli R.Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə təhsil aldığı institutda namizədlik işi müdafiə edib. Elmi işinin mövzusu isə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri”dir.

O, S-300-lərin əsas yaradıcısıdır

Onun elmi rəhbərliyi ilə “Favorit” zenit raket sisteminin ən yeni modifikasiyası yaradılıb, hazırlanması başa çatdırılıb, dövlət sınaqları aparılıb və müasir və perspektiv hava hücumu vasitələrinin – maneə yaradan təyyarələrin, radiolokasiya patrulu və tuşlaması təyyarələrinin, kəşfiyyatçı təyyarələrin, o cümlədən kəşfiyyat-zərbə komplekslərinin tərkibindəki aviasiya raket daşıyıcıları olan strateji təyyarələrin, taktiki, operativ-taktiki ballistik raketlərin, orta mənzilli ballistik raketlərin, habelə intensiv radiomüqavimət şəraitində digər hava hücumu vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Triumf” zenit raket sistemi Rusiya Federasiyasının Silahlı Qüvvələrində istifadəyə verilib.

Qeyd etdiyimiz kimi İ.Aşurbəyli 2001-ci ildən 2011-ci ilədək, yəni düz 10 il ərzində “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Məhz onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketdən müdafiə sistemlərinin istehsalı ilə məşhurdur. Həm də Rusiya Hava Kosmik Müdafiə üzrə Ekspert Şurasının sədri olan İ.Aşurbəylinin rəhbərlik etdiyi müəssisədə istehsal olunan “S-300” kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur.

Alim 2013-cü ildə Vyanada “Aerospace International Research Center, Gmbh”ni təsis edib. Həmin vaxtdan “Room Space Journal” jurnalının baş redaktorudur. O, Rusiyanın Hava-Kosmik Müdafiə Vahid Sisteminin (rusca abreviaturası ES VKO ) yaradılması Konsepsiyasını hazırlayıb. 2015-ci ildə ES VKO BMT-nin İqtisadi və Sosial Şurasının struktur eksperti statusunu alıb.

İ.Aşurbəyli texnika elmləri doktoru, A.Proxorov adına Mühəndis Elmləri Akademiyasının və Hərbi Elmlər Akademiyasının həqiqi üzvüdür. 100-dən çox elmi əsərin, o cümlədən bir ensiklopediya və iki monoqrafiyanın müəllifidir.

Həmyerlimiz Rus Pravoslav Kilsəsinin II və III dərəcəli “Moskva knyazı müqəddəs Daniil” (2000, 2002, 2008), “Şərəf” (2007) ordenləri, “Georgi Jukov” (1995), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” (1995), “Rusiya Donanmasının 300 illiyi” (1996), “Moskvanın 850 illiyi” (1997) xatirə medalları ilə təltif olunub. Akademik V.Utkin adına qızıl medalın (2005), “SSRİ EA-nın akademiki A.A.Raspletin” gümüş medalının (2008) sahibidir. İki dəfə “İlin meneceri” Moskva müsabiqəsinin (2000, 2009), “Müəssisə Sahibi – Alim il” nominasiyasında “Rusiya Milli Olimpi” mükafatının (2003), “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının (2004), akademik A.Proxorov adına mükafatın (2008), “İlin adamı” (2009) və sair mükafatların laureatıdır. (teleqraf)

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Hamısı