Çin yeni radioelekton mübarizə təyyarəsini təqdim edəcək | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Çin yeni radioelekton mübarizə təyyarəsini təqdim edəcək

Elm və texnologiya A- A A+

Çin Juhaida keçiriləcək “Airshow China” sərgisində J-16D adlı yeni radioelekton mübarizə təyyarəsini təqdim edəcək.

EDNews.net xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin EA-18G “Growler” təyyarələri ilə oxşar missiyaları yerinə yetirəcək.

“Taiwan News” nəşrinə görə, J-16D sentyabrın 5-də Tayvan adasının Hava Hücumundan Müdafiə Bölgəsi yaxınlığında uçan təyyarələrdən biridir.

J-16D təyyarəsinin qanadlarında radar və rabitə sistemləri də daxil olmaqla düşmənin radioelektron mübarizə vasitələrini sıradan çıxarmaq üçün elektromaqnit dalğaları buraxan iki böyük radioelektron mübarizə bölməsi var.

J-16D yeni avionika sistemi və yerli mühərriklərlə təchiz edilib. Təyyarədəki elektron hücum cihazlarının yerli mənşəli olduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...