Müxtəlif səbəblərdən İnstaqram hesabını donduran insanlar, bu prosesi həyata keçirdikdən sonra səhifənin nə zaman tam silinəcəyi haqqında düşünür.
Maraqlıdır, Instagram dondurulmuş hesabları silir, yoxsa bu proses üçün hesabı dondurmaq əvəzinə hesab silmə seçimini seçmək lazımdır?
Proses necə baş verir?
Ednews CNN Türk-ə istinadən xəbər verir ki, bu zaman Instagram istifadəçilərinə hesablarla bağlı iki seçim təklif edilir. İki seçim arasından “dondurma”nı seçən şəxslərin hesabları silinmir. Lakin digər seçim edənlərin səhifələri dərhal silinir.
Bu səbəbdən daimi bağlanma prosesləri yalnız Instagram hesabının silinməsi seçimi üçün keçərlidir.
Dondurma prosesindən sonra hesaba daxil olan şəxslərin İnstaqramı yenidən aktivləşir.
Aynurə İsmayılqızı