Tesla şirkıti yeni smartfon istehsal edəcək.
Ednews xarici mediaya istinadən xəbər verir ki, model Pi adlanan smartfonları indiyə qədər insan əlində mövcud olan ən müasir telefonlar hesab olunacaq.
Qeyd edək ki, telefonlar Elon Maskın ən son layihələrindən biridir və özəl xüsusiyyətlərə malikdir.
Elon Mask və komandası son bir neçə ildir ki, bu mobil telefon üzərində çalışır. Artıq şirkət smartfonların təqdimatını elan edib.
Smartfonun qiyməti təxminən 800-1200 dollar arasında olacaq. Bu qiymət diapazonu Starlink şəbəkəsinə uyğun gələn ilk peyk telefonu üçün çox ucuz dəyərləndirilib.
Tesla Model Pi Telefonunun Kameraları
Tesla Phone Model Pi, tamamilə qaranlıq mühiti işıqlandırmaq üçün süni intellektdən istifadə edən dörd arxa kameraya malikdir. Çox az işıqlı şəraitdə gözəl fotolar çəkə bilir. Eynilə, ekranın altına inteqrasiya edilmiş yüksək keyfiyyətli ön kameraya malikdir. Bu smartfonla eyni vaxtda video, həm də fotoşəkil çəkmək mümkün oacaq.
Zərbəyə davamlı
Tesla Model Pi smartfonu zərbələrə qarşı son dərəcə davamlıdır.
Məlumata görə, Pi Phone-un təqdimatı 2024-cü ildə baş tutacaq.
Sevinc Kamalova