Orta məktəblərdə erməni dili tədris olunmalıdırmı? Ermənişünas alimdən MARAQLI MƏQAMLAR

Elm və texnologiya 14:30 20.04.2023

"Ermənistanda təhsil müəssisələrində türk və Azərbaycan dilləri tədris olunur".

Bunu Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan Parlamentdəki çıxışı zamanı bildirib. O qeyd edib ki, 2022-ci ilin sentyabr ayından ölkənin 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri tədris olunur.

Azərbaycanda isə Erməni dilini öyrənənlər, əsasən, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, sərhədçilər, jurnalistlər və digər peşə sahibləridir. Bir neçə ali təhsil müəssisəsində də erməni dili dərsləri keçilir. Buna baxmayaraq, bu dilin tədrisi ölkəmizdə elə də geniş yayılmayıb. 

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas alim İsmayıl Tanrıverdi Ednews-a açıqlamasında təhsil müəssisələrində erməni dilinin tədrisinin hazırki vəziyyəti barədə danışıb. 

“Məndə olan məlumata görə, Ermənistanda artıq orta məktəblərdə 3-cü sinifdən başlayaraq Azərbaycan və türk dilləri tədris olunmağa başlayıb. Bildirirlər ki, bu dillərin tədris məsələsində kadr çatışmazlığı var. İrəvan Dövlət universitetində Azərbaycan dili geniş şəkildə tədris olunur. Orada ayrıca Azərbaycan və türk dilləri kafedrası var. Dərsliklərilə də tanış olmuşam. Çox zəifdir. Hərbi hissələrdə də Azərbaycan dilini öyrədirlər. Bizdə isə erməi dilinin tədrisi prosesi çox ləng gedir. Hazırda Bakı Dövlət Universitetində erməni dilinin tədrisi üçün bütün şərait yaradılıb, sinfimiz də var, maraq göstərən tələbələr də çoxdur. Lakin tədrisə başlamaq üçün hələ Elm və Təhsil Nazirliyindən əmr gəlməyib. Bütün respublikada cəmi bir neçə ali təhsil ocağında - Bakı Dövlət Universitetinin Tarix fakültəsində 2012-ci ildən, Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində, Kənd Təsərrüfatı Akademiyasında isə onlayn şəkildə erməni dili tədris olunur. Orta məktəblərdə isə təəssüf ki, bu fənn yoxdur. Dili kiçik yaşlardan öyrənməkdə fayda var, uşaqlar daha tez qavrayır xarici dili. Bizə müxtəlif müəssisələrdən, qurumlardan bir neçə nəfəri göndərişlə göndərirlər ki, onlara erməni dilini öyrədək. Mənim hazırlaşdırdığım 12 nəfər kadrdan 3-4 nəfər bu dili mənimsəyə bilib, qalanlarında isə alınmayıb. Ölkədə erməni dilini bilən bir neçə nəfər kadr var. Bakı Dövlət Universitetində erməni araşdırmaları və təlim mərkəzi fəaliyyət göstərir. Şərqşünaslıq, jurnalistika fakültələrindən təxminən 60 nəfər bu mərkəzə erməni dilini öyrənməkçün müraciət edib”. 

İ.Tanrıverdi qeyd edib ki, ermənicəni öyrənməkçün bir neçə dərslik hazırlanıb:

“Erməni dilinin qrammatikasına aid dərslik hazırlamışıq. İki il əvvəl tərtib etdiymiz əlifba kitabında 1500-ə qədər söz bazası var. Tələbat olduqca bu kitablar yenidən çap olunur. Hələki hərəsindən 150-200 ədəd nəşr etmişik. Erməni dilini öyrənənlər bu dərsliklərdən istifadə edir. Erməni dilinin tədris olunduğu digər müəssisələrdə isə müəllimlər çox yanlış metodla bu dili öyrədir. Əlifbanı bitirməmiş qrammatikaya keçirlər. Belə olmaz. Əvvəl hərfləri tanımaq və söz ehtiyatı yığmaq lazımdır. Erməni dilinə 108 səhifəlik kitab tərcümə etmişik. 20-ci əsrin əvvəllərində keçmiş daşnak partiyasının rəhbərlərindən birinin partiyaya qarşı çıxması barədədir. Həmin şəxs qeyd edirdi ki, daşnak partiyası erməniləri məhvə aparır. Tərcümə etmək üçün bir neçə kitab da nəzərdə tutmuşuq”.

 

Törə Zeynal

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
Hamısı