“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən gələn zənglərə qarşı yeni tədbir təklif edir.
Ednews xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu yeniləmə istifadəçilərin məxfiliyini və təhlükəsizliyini daha da gücləndirərək naməlum nömrələrdən gələn zəngləri bloklamaq imkanı verir.
Məsələn, spam zəngləri, fırıldaq cəhdləri və ya bezdirici zənglər kimi hallarda səmərəli istifadə oluna bilər. İstifadəçilər naməlum nömrələrdən gələn zəngləri avtomatik bloklaya və ya yalnız kontakt siyahısındakı nömrələrdən zəngləri qəbul edə biləcəklər.