Vergilər Nazirliyində xüsusi qərargah yaradıldı

Cəmiyyət 10:41 05.12.2017

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və qurumun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 134 566 yeni vergi ödəyicisi (o cümlədən 9 864 hüquqi, 124 702 fiziki şəxs) dövlət qeydiyyatından keçib, yüksək dövriyyəyə malik 3 189 əlavə dəyər vergisi (ƏDV) ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb.

Onun sözlərinə görə, hesabat dövründə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.

Nazir qeyd edib ki, dövlət başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, büdcə daxilolmalarının mütərəqqi üsullardan istifadə etməklə vaxtında təmin edilməsi, real vergitutma bazasının müəyyən edilməsi sahəsində işlərin daha da sürətləndirilməsi, vergi orqanlarının fəaliyyətinin düzgün və effektiv, müasir tələblərə cavab verəcək səviyyədə qurulması və bununla da Vergilər Nazirliyinin bütün struktur vahid və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı səfərbər olunması üçün bu sahədə mobil inzibatçılığa zərurət yaranıb. Həmçinin, "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarına əsasən, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq Vergilər Nazirliyinin elektron informasiya sisteminin günün tələblərinə uyğun qurulmasına zərurət yaranıb.

İclasda büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə xüsusi qərargah yaradılıb. Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərini seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək, büdcə proqnozlarının icrası ilə məşğul olan funksional strukturların gündəlik iş bölgüsünü müəyyən etməklə zərurət yarandıqda vergi daxilolmalarının təmin olunması məqsədilə inzibatçılıq, struktur, kadr və intizam məsuliyyəti məsələlərinə dair təkliflər təqdim etmək tapşırılıb.

Bununla yanaşı, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) gücləndirilmiş elektron imza (o cümlədən “Asan İmza”) vasitəsilə elektron qaimə-faktura təqdim ediləcəyini nəzərə alaraq, Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzinə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) və Vergilər Nazirliyinin elektron informasiya sistemində proqram və maddi texniki təminatı ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb. (report)

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı