Təranə Paşayeva: "Uşaq və yeniyetmələr bunun fəsadlarını həyatlarının sonrakı mərhələlərində yaşayırlar"

Cəmiyyət 20:06 11.02.2022

Uşaqlıq dövrü hər bir insanın həyatında çox əhəmiyyətli mərhələdir. Ana bətnindən başlayan və bəzən 18 yaşına qədər davam etdiyi qəbul edilən bu müddət insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Övladlarını ürəkdən istəyən hər bir valideyn onlar üçün ən yaxşısını etməyə çalışırlar. Bəzən daha yaxşı həyat naminə iş saatlarından əlavə olaraq da digər fəaliyyətlərlə məşğul olaraq ailənin maddi durumunu yaxşılaşdırmaq üçün səy göstərirlər. Əlbəttə ki, bunu bir tərəfdən təqdirəlayiq şəkildə qarşılaya bilərik. Lakin bəzən həddindən çox işə aludəçilik ailə daxilində münasibətlərə təsirini göstərir. Xüsusilə ağır iş saatlarından sonra ailədə baş verən anlaşılmazlıqlar gərginliyə çevrilə bilir və bunun fəsadlarını yalnız böyüklər deyil, uşaqlar da yaşayırlar.

Bugün bir çox ailələrdə həm ata, həm də analar çalışmaqdadır. Nəzərə alsaq ki, ölkəmizdə orta günlük iş saatı 8 saat təşkil edir, o cümlədən yolda itirilən vaxtı əlavə edərsək, təxminən 9-10 saat hər gün evdən kənarda vaxt keçirilir. Ailədə nisbətən kiçik yaşlı övladları olan, özləri isə çalışan valideynlər üçün bu amil daha mürəkkəb, qayğılı şəkildə keçir. Doğrudur, bir çox ata, analar işə gedərkən övladlarını yaxınları və ya qonşularına təslim edirlər, lakin bu şansı olmayan yetərincə valideynlərin də olduğunu unutmaq olmaz. Nəzərə alsaq ki, əksər müəssisələrdə uşaqları ora aparmaq və orda qayğısına qalmaq şəraitləri məhduddur, o zaman həmin valideynlərin məcburiyyətdən olsa belə cəmi bir yolu qalır – övladı evdə tək qoymaq.

Bəzi şəxslər burada qeyri-adi heç nəyin olmadığını, özlərinin də daha əvvəlki zamanlarda evdə tək qaldıqlarını bildirirlər. Lakin nəzərə almaq lazımdır ki, mütəmadi olaraq evdə yalnız qalan uşaq və yeniyetmələr bunun fəsadlarını həyatlarının sonrakı mərhələlərində yaşayırlar.

Aparılan araşdırmalar göstərir ki, hələ 8-10 yaşında olan, məktəbdə təhsil alan uşaqların bir neçə saatdan artıq tək qalması tövsiyə olunmur. Burada ən uyğun yaş sərhədi kimi 12 yaş görülür. Buna səbəb həmin yaşdan etibarən uşaqların özlərini daha rahat idarə edə bilməsi, çətin situasiyalarda doğru qərar qəbul etmə imkanı, evdə müxtəlif fəaliyyətlərlə rahatlıqla məşğul ola bilməsidir. Lakin qeyd olunan yaş səddindən aşağı olan digər uşaqlar üçün evdə təklik müxtəlif psixoloji və fiziki fəsadlarla nəticələnə bilər.

Bir qayda olaraq ailə diqqətindən uzaq olan, evdə daha çox yalnız olan uşaqlar və yeniyetmələrdə aqressiya, stresə meyillilik, özünü təcrid etmək, şiddət, özünəinam yetərsizliyi, qida, yuxu pozuntuları və digər psixoloji narahatlıqlar müşahidə edilir. Bəzən bu hallar daha faciəli sonluqlarla nəticələnir, uşaqlar evdə özlərinə xəsarət yetirə bilir, hətta bilməyərəkdən olsa belə həyatlarına son qoyurlar.

Bunu da qeyd etməliyəm ki, son zamanlar sosial şəbəkələr və informasiya portallarında evdə yalnız qalan uşaqların sanki fəryad etmək görüntülərini görmək məcburiyyətində qalırıq. Doğrudur, aidiyyatı qurumlar həmin uşaqların valideynləri ilə görüşərək profilaktik görüşlər aparıb, müəyyən tövsiyələr veriblər. Amma onu da nəzərə almalıyıq ki, bu bizim qarşılaşdığımız ilk hadisələr deyil. Bu səbəbdən də maarifləndirmə işlərini istər virtual aləmdə, istərsə də müxtəlif layihə və tədbirlər, görüşlər çərçivəsində sürətləndirmək lazımdır.

Bununla yanaşı burada valideynlərin öhdəliyinə bir sıra vacib və diqqət edilməli olan vəzifələr düşür. Mümkün şərait çərçivəsində övladları bir neçə saatdan artıq yalnız qoymayın. Əgər bu imkan olmasa belə, onları yaxınlarınız və ya güvəndiyiniz şəxslərə əmanət edin. Daha böyük uşaqlar və yeniyetmələr üçün günlük qrafiklər müəyyən edərək onların tək qalmaq hisslərini qismən aradan qaldıra bilərsiz. İş saatlarından sonra övladlarınıza zaman ayırın, onlarla birlikdə müxtəlif fəaliyyətlərlə məşğul olun, birlikdə dərs və tapşırıqlar, onların sevdiyi məşğuliyyətləri edin.

Qeyd etdiyim amilləri yerinə yetirməklə yarana biləcək mümkün psixoloji və fiziki fəsadların qarşısını ala bilərsiz. Bunlardan savayı övladlarınızda hər hansı bir ciddi psixoloji narahatlıqlar hiss etsəniz, mütəxəssislərə müraciət etməniz tövsiyə olunur.

Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Daha sağlam, faydalı cəmiyyət formalaşdıra bilsək, biz daha xoşbəxt və sağlam gələcəyə nail ola biləcəyik.

Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri

Psixologiya üzrə fəlsəfə doktoru

Ukrayna PUA-ları  Ryazanı viran qoydu - VİDEO

Xəbər xətti

"Husilər girov saxladıqları BMT əməkdaşlarını dərhal azad etməlidir"
14:32 25.01.2025
“Qurd qapanı bağlanır?” Tramp Qərbi Avropadan nə istəyir?
14:16 25.01.2025
Ərəblər Biləsuvarda nadir quşları ovlayırlar?
13:16 25.01.2025
“Rusiya KİV-ləri təyyarə qəzasının əsas mahiyyətini ört-basdır etməkdən çəkinməlidir”
12:51 25.01.2025
8 yaşlı "bəy"lə 13 yaşlı "gəlin"in toyu Rusiyanı ayağa qaldırdı
12:42 25.01.2025
İsrail daha 200 fələstinli girovu azad edəcək
12:38 25.01.2025
Qutierreş İrakli Kobaxidzeni təbrik etdi
12:18 25.01.2025
Filippin Cənubi Çin dənizindəki tədqiqatlarını dayandırır
12:04 25.01.2025
İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
11:37 25.01.2025
Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalanır
11:33 25.01.2025
Kimyaterapiya keçirsinizsə, nardan uzaq durun"
10:43 25.01.2025
Pentaqonun yeni rəhbəri məlum oldu
10:42 25.01.2025
Rusiyalı döyüşçü UFC-dən kənarlaşdırıldı
10:25 25.01.2025
Azərbaycan beynəlxalq turizm sərgisinə qatılacaq
09:49 25.01.2025
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib
09:23 25.01.2025
Cənubi Koreya Prokurorluğu prezidentin həbsinin uzadılmasını təkrar istəyib
09:04 25.01.2025
Meksika ABŞ-dən gələn miqrantları qəbul etməyib
08:21 25.01.2025
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini dost hesab etmir
07:53 25.01.2025
ÜST Qəzza tibb müəssisələrinin enerji təchizatı üçün 70 min litr yanacaq çatdırıb
07:16 25.01.2025
ABŞ-dən Qvatemalaya qanunsuz miqrantların olduğu ilk təyyarələr gəlib
05:34 25.01.2025
"Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları alınmayıb"
02:56 25.01.2025
"Azərbaycan ordusu Rus heikoperini vuranda Rəsmi Bakı məsuliyyətdən qaçmamışdı"
01:09 25.01.2025
Britaniya plutonium ehtiyatını basdıracaq
00:53 25.01.2025
Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb
00:48 25.01.2025
"ABŞ bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb"
00:04 25.01.2025
İsrail BMT agentliyini Qüdsdən çıxarır
23:45 24.01.2025
"Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır"
23:01 24.01.2025
Tramp Almaniya kanslerini tənqid edib
22:38 24.01.2025
"Eyouin" qasırğası Şotlandiya və Şimal İrlandiyanı viran qoydu
21:37 24.01.2025
Çin XİN başçısı ABŞ Dövlət katibi ilə Tayvanı müzakirə etdi
20:05 24.01.2025
"Ukrayna tərəfdən qadağa olduğu halda danışıqlar barədə nəsə söyləmək çətindir"
19:52 24.01.2025
Karantindən qalan cərimələr niyə silinmir?
19:51 24.01.2025
Aİ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün şərti var
19:29 24.01.2025
Tramp Kanadanı ABŞ torpaqlarına qatmaqda israrlıdır
18:57 24.01.2025
Aİ Ukrayna üzərindən Rusiya qazının tranzitini müzakirə edə bilər
18:38 24.01.2025
" Rusiya-Ukrayna müharibəsi Rusiya-NATO müharibəsinə çevrilməməldir"
17:38 24.01.2025
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib
17:22 24.01.2025
Azərbaycanın müdafiə sənayesi naziri Pakistan prezidenti ilə görüşüb
16:48 24.01.2025
"Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib"
16:27 24.01.2025
Husilər BMT əməkdaşlarını girov götürüb
16:05 24.01.2025
Hamısı