Vaksinasiyanın 3-cü mərhələsindən keçən və keçməyənlər Məşhurlar, deputatlar, şairlər və... - SORĞU

Cəmiyyət 11:23 15.02.2022

Bu gündən koronavirus əleyhinə 3-cü, yəni "buster" doza peyvənd vurdurmayan şəxslər restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanlara buraxılmayacaqlar. Əsasən də bu insanlar keçirilən el şənliklərində, toylarda iştirak etmək hüququndan məhrum olurlar.

Maraqlıdır, vətəndaşlarımız 3-cü doza peyvənd vurdurublarmı?

Ednews bu səbəblə bir çox ictimai-siyasi xadimlərlə əlaqə saxlayaraq onlara sual ünvanlayıb.

Sorğuda iştirak edən müsahiblərimizin maraqlı cavablarını təqdim edirik:

Millət vəkili Sabir Rüstəmxanlı qaydalara əməl edənlərdəndir.

“Əlbəttə ki, 3-cü dozanı vurdurmuşam. Həkimlər immun sistemim güclü olduğu üçün 4-cü dozaya ehtiyacım olmadığını bildirdilər”.

Millət vəkili Vahid Əhmədov isə:

“3-cü doza üçün vaxtım tamam olmayıb, olanda vurduracam”.

Millət vəkili Arzu Nağıyev isə qeyd edib ki, nəinki 3-cü, hətta 4-cü dozanı da vurdurmaq fikri var.

“Mən 1 və 2 doza sinovak, 3 cü doza olaraq isə Pfazer vurdurmuşam. Əgər antitelim aşağı olsa, mart ayında  4- cü doza  peyvənd vurdurmaq fikrim var”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə qeyd edib ki, elə yenicə vaksinasiyadan keçib.

“Ötən gün “Bakı Sağlamlıq Mərkəzində “buster” doza olaraq “Pfizer” vurdurdum. Əvvəl antitel analizi verdim. Daha sonra isə həkimlərin məsləhətilə 3-cü dəfə peyvənd olundum”.

AĞ Partiya başqanı Tural Abbaslı isə artıq vaksinasiya üçün qeydiyyatdan keçdiyini bildirib.

“”Buster” doza üçün qeydiyyatdan keçmişik, tezliklə mən də vaksinasiya olunacam”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, immunitet sertifikatı var.

”Hər iki dozanı vurdurmuşam. Xəstəlik keçirdiyim üçün, immunitet sertifikatım var. 3-cü dozanı hələ ki, vurdurmayacam".

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə vaksinasiya üçün qeydiyyatdan keçdiyini deyib.

“”Buster” doza üçün müddətim sabah tamam olur, ona görə də artıq qeydiyyatdan keçmişəm. Sabah, inşallah vaksinasiya etdirəcəm”.

Millət vəkili Azər Badamov isə əhalini bir nəfər kimi peyvənd olunmağa çağırıb.

“Vaksin olunmuşam və hər kəsə bunu tövsiyyə edirəm”.

Xalq yazıçı Çingiz Abdullayev isə…

“Mən ayda ən azı iki-üç dəfə xarici səfərlərdə oluram. Bu səbəbdən də artıq vaksinasiyadan keçmişəm".  

Şair Vahid Əziz isə xəstəliyə görə ümumiyyətlə peyvənd olmadığını bildirib.

“Mənim güclü allergiyam var. Ona görə nə 1-ci, nə də 2-ci dozanı vurdurmuşam. Həm də bu yaxınlarda koronavirusa yoluxmuşdum”.

Xalq artisti Afaq Bəşirqızı da V.Əziz kimi səhhəti ilə bağlı peyvəndlənmədən keçmədiyini deyir.

“Səhhətimlə əlaqədar hələ ki, həkimlər mənə vaksinasiya olmağı tövsiyə etmirlər”.

Xalq artisti Faiq Ağayev də artıq 3-cü dəfə vaksinasiya olduğunu bildirib.

Əməkdar artist Bəhram Bağırzadə isə bu haqda ilk dəfə bizdən eşitdiyini qeyd edib:

“İlk dəfə ”Sinovac” daha sonra “Pfizer” preparatları ilə peyvənd olunmuşam. Açığı "buster” doza üçün tərtib olunan qadağalar barədə ilk dəfə sizdən eşidirəm. Əgər belə bir qərar varsa təbii ki, tez bir zamanda vaksinasiyadan keçəcəm. Bu xəstəliyə görə o dünyanı görüb gələn bir insanam”.

Musiqişünas Abbasqulu Nəcəfzadə də peyvənd vurduran məşhurlardandır.

Xalq artisti Cavan Zeynallı isə deyir ki, hazırda səhhətində problem var.

 “1-ci və 2-ci dozaları vurdurmuşam. Lakin hazırda xəstəyəm, heç yerə çıxmıram, evdə müalicə olunuram”.

Xalq artisti Tünzalə Ağayeva isə bildirib ki, nəinki özü hətta bütün komandası 3-cü doza peyvənd olunub.

Əməkdar artist Abbas Bağırov isə deyib ki:

 “3-cü doza vaksindən keçmişəm və İnşallah 4-cünü vurduracam”.

Qida Məhsulları Texnologiyaları Departamentinin rəhbəri Ağa Salamov isə indiyə qədər heç bir peyvən vurdurmadığını, hətta buna qarşı olduğunu deyib.

“Mən heç bir vaksin vurdurmamışam və onun əleyhinəyəm. Hesab edirəm ki, peyvənd olunmaqla koronavirusdan və ya hansısa ştammından yüzdə yüz sağalmaq və ya ona yoluxmamaq mümkün deyil. Vaksinasiya olunan, qrip kimi keçirir, yaşlı adamların halı dəyişir, çünki onları süni şəkildə yoluxdurub bədənlərində antikor əmələ gətirirlər. Mən qanımdakı “D” vitaminini yoxlatdırıb onun səviyyəsini qaldıraram, nəinki bilmədiyim vaksini vurdurmaq”.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə “buster” dozanı ötən il etdirdiyini vurğulayıb.

“Mən “buster” dozanı ötən ilin noyabr 11-də etdirmişəm”. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da 3-cü dəfə vaksinasiya edənlərdəndir.

Gülnar Səlimova

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
Hamısı