Bakıda yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Ednews Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbəri verir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.