"Strateji Alyansın güclü üzvü Türkiyə” adlı panel TƏŞKİL EDİLDİ

Cəmiyyət 14:29 18.02.2022
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Adana şəhərində təşkil edilən “Türkiyənin NATO-ya üzvlüyünün 68-ci ildönümü: Strateji Alyansın güclü üzvü Türkiyə” adlı paneldə NATO əməliyyatlarına ən çox töhfə verən ilk 5 ölkədən biri olan Türkiyənin fəaliyyətləri, NATO-nun Türkiyəyə verdiyi töhfələr müzakirə edilib.
 
Ednews xəbər verir ki, paneldə çıxış edən NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin sədr əvəzi, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin üzvü Əhməd Berat Çonkar Suriyada əməliyyat zamanı həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyərək Türkiyənin 68 illlik NATO-dakı mövqeyinin çox əhəmiyyətli və qiymətli olduğunu deyib.
 
Türkiyənin NATO əməliyyatlarına çox mühüm, bənzərsiz töhfələr verdiyini, həmçinin öz milli təhlükəsizliyi baxımından NATO-dan önəmli təcrübə və qazanclara sahib olduğunu ifadə edən Çonkar soyuq müharibə dövründə NATO-nun cənub və cənub-şərq qanadını müdafiə edən ölkə olaraq Türkiyəninüzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini xatırladıb.
 
O, Türkiyənin 90-cı illərdən bu yana ətrafındakı qeyri-sabitlik səbəbilə böyük bir atəş çəmbərindən keçdiyini vurğulayıb.
 
“Türkiyənin son zamanlar yaşadığı terrorla mübarizə məsələlərində, xüsusilə NATO daxilində Türkiyənin gözləntilərini tam mənasıyla dərk etməyən, bu nöqtədə də əslində Türkiyənin layiq olduğu dəstəyi ittifaq həmrəyliyi çərçivəsində göstərməkdə bir az zəif olan NATO ittifaqı mənzərəsi ilə qarşı qarşıya qaldıq. NATO təbii ki, problemsiz bir qurum deyil. Ancaq Türkiyənin mövqeyinə nəzər saldıqda Türkiyənin xüsusilə NATO-dan gözləntilərinin həm özünün milli təhlükəsizliyi baxımından çox kritik olduğunu, həm də Avropa və Atlantikanın təhlükəsizliyi baxımından da çox mühüm mövqedə olduğunu görürük. Bunun ən gözəl nümunəsi Suriyada baş verən hadisələr, bu gün orada yaşanan qeyri-sabitlik, münaqişələr, terror təşkilatlarının yaranması terrorla mübarizə məsələsində ortaq mövqenin formalaşmasını və ortaya çıxmasını zəruri etdi. Bu, İŞİD-ə qarşı baş verdi və NATO da xüsusilə koalisiya çərçivəsində lazımi addımları vaxtında atdı”, – deyə o bildirib.
 
Çonkar xüsusilə İŞİD ilə mübarizədə Türkiyənin meydanda mübarizə aparan yeganə NATO ölkəsi olduğuna diqqət çəkib. Belə ki, o,Türkiyənin baş ağrısı olan PKK terror təşkilatıyla, xüsusilə onların Suriya qolu olan YPG ilə bağlı eyni vaxtda apardığı mübarizədə qərb ictimaiyyətindən gözlədiyi dəstəyi görə bilmədiyindən təəssüf hissi keçirdiyini bildirib. Eyni zamanda Türkiyə ictimaiyyətinin haqlı olaraq NATO-nun yeri və zamanı gələndə haqlı olduğu hallarda və məsələlərdə Türkiyənin yanında möhkəm şəkildə dayanmasını gözlədiyini ifadə edib.
 
 Türkiyənin son zamanlar Suriyada xüsusilə rejimin zülmü altında baş verən humanitar böhranı dayandırmaq və orada təhlükəsizliyi təmin etmək məqsədilə tamamilə beynəlxalq hüquq çərçivəsində əməliyyatlar həyata keçirdiyini xatırladan Çonkar NATO-nu 4-cü maddə çərçivəsində üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıb.
 
"Ümid edirəm ki, NATO bu sınaqlardan doğru bir şəkildə keçəcək və Türkiyənin narahatlıqlarını doğru şəkildə dərk edərək lazımi addımları vaxtında atacaq”,-deyə Çonkar çıxışının sonunda vurğulayıb.
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Hamısı