Baş Prokurorluq Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlunun saxlanılması xəbərini təsdiqləyib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Ednews-a verilən məlumata görə Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.
*** 13:17
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.
Ednews xəbər verir ki, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilən polkovnik dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Qeyd edək ki, Məlikməmməd Qurbanov məhkəmənin qərarı ilə müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.