Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycana təşəkkür edib.
Ednews xəbər verir ki, bu barədə Aİ-nin Xüsusi Nümayəndəsi "Twitter”də paylaşım edib.
O, Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstəyə görə minnətdarlığını ifadə edib.
Xatırladaq ki, Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.