Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
Ednews xəbər verir, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, martın 5-i (Şənbə günü ) iş günü, 6, 7 və 8 mart tarixləri isə qeyri-iş günü olacaq.
Qeyd edək ki, 8 mart – Beynəlxalq Qadınlar günüdür.