Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbəsində avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Həsənov Fariz Elbrus oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.