Yeni nəsil “Asan İmza” şəxsi kabineti istifadəyə verildi

Cəmiyyət 13:26 12.04.2022
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan rəqəmsal transformasiya və vergi xidmətlərinin elektronlaşdırılması prosesinin davamı olaraq 2022-ci ilin mart ayından etibarən e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabineti istifadəyə verilib.
 
Ednews Vergi Xidmətinə istinadən xəbər verir ki, məqsəd rəqəmsal transformasiya ilə bağlı hökumətin təşəbbüslərini, istifadəçilərin “Asan İmza” xidmətinə artan marağını nəzərə almaq, bu xidmətdən istifadəçilər üçün məsafədən və rahat istifadəni təmin edilməkdir. Platforma şəffaflıq, elektron mühafizə (konfidensiallıq daxil olmaqla) və e-təhlükəsizliyi yaxşılaşdırmaqla effektli idarəçiliyi təmin etmiş olur. Beynəlxalq standartlara uyğun yaradılmış "Asan İmza" şəxsi kabineti istifadəçilərin vaxtına qənaət etməyə və əməliyyatları qısa müddətdə yerinə yetirməyə yönəldilmiş virtual köməkçidir. Müasir rəqəmsal köməkçi bütün qurğularda - həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır.
 
Şəxsi kabinetdə "Asan İmza" istifadəçisinə aşağıdakı imkanlar təqdim edilir:
 
- istifadəçiyə məxsus olan bütün "Asan İmza" sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat almaq;
 
- əlavə “İş” və ya “Dövlət” tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət etmək;
 
- qüvvədə olan sertifikatların etibarlılıq müddətini artırmaq;
 
- istifadəçilər tərəfindən İstifadəçi ID-nin, PİN kodlarını dəyişdirmək;
 
- istifadəçi tərəfindən "Asan İmza" ilə bütün imzalanmış tranzaksiyaları (PIN 2) monitorinq etmək.
 
“Asan İmza” şəxsi kabinetinin əsas funksiyalarından biri də yalnız müəssisə və təşkilat rəhbərləri üçün nəzərdə tutulmuş “icazələr”in idarə edilməsidir. Bu funksiya vasitəsilə işçilərin “Asan İmza” ilə elektron xidmətlərə əlçatanlığının idarə olunması barədə qərarlar verilə bilər.
 
Bundan başqa, artıq istifadəçilərin "Asan İmza" sertifikatlarının etibarlılıq müddətlərini yadda saxlamağa ehtiyac yoxdur, sistem əvvəlcədən bildirişləri proaktiv formada göndərir. Şəxsi kabinetdə virtual köməkçi vasitəsilə qüvvədə olan “Vətəndaş” sertifikatı ilə “İş” və ya “Dövlət” sertifikatlarının əldə edilməsi üçün müraciət etmək də mümkündür. Həmçinin istifadəçilər “Asan İmza” İstifadəçi ID-sini əlavə proqram təminatı istifadə etmədən şəxsi kabinetdə dəyişdirə bilərlər. İnnovativ xidmətlərin siyahısı daim yenilənir.
 
Qeyd edək ki, mobil rəqəmsal imza üçün bu qədər fərqli innovativ xidmətlərin birləşdiyi belə bir şəxsi kabinet unikaldır və indiyə kimi heç yerdə istifadə edilməyib. “Asan İmza” texnologiyası gücləndirilmiş elektron rəqəmsal imzanın dünya standartlarına uyğun yaradılıb və NIST (Milli Standartlar və Texnologiyalar İnstitutu, ABŞ), Avropa İttifaqı tənzimləyicisi - eIDAS kimi dünyanın aparıcı təşkilatları tərəfindən tanınıb və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən ən innovativ təcrübə kimi təqdim olunub.
 
“Asan İmza” şəxsi kabineti haqqında daha ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək olar:
 
 
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı