“Mənə baxdı və dedi ki, mənimlə işləyəcəksən” Heydər Əliyevin fotoqrafı ilə MARAQLI MÜSAHİBƏ

Cəmiyyət 14:00 10.05.2022

O, bir əsirlik səlnamədir. Dərin dünyagörüşlü, idarəetmə siyasəti digər rəhbərlərdən onu fərqləndirirdi. O, təkcə ciddi biri deyildi. Yeri gələndə zarafatcıl, yeri gələndə gülərüz, səmimi söhbətləri hər kəsi heyran edirdi. 

Bu gün dahi lider, Ulu Öndər Heydər Əliyevin doğum gününün 99 –cu ildönümüdür. 

Bu münasibətlə müsahibimiz ömrünün 10 ilini Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışan Rafiq Bağırovdur. Həmsöhbətimiz Azərbaycanın ən qüdrətli dövrlərinin fotosalnaməsini yaradan, Heydər Əliyevin dediyi kimi tarix yazan insandır. 

Beləliklə, Rafiq Bağırovla maraqlı söhbətimiz başlayır.

- Rafiq müəllim, Heydər Əliyevlə ilk tanışlığınız necə olub?

- Fotoya həvəsim mənə atamdan keçib, hələ onda 5-6 yaşım vardı. Universitetdə oxuduğum zamanlar Azərbaycan dövlət kino şöbəsində çalışırdım. Daha sonra fotolobaratoriya qurdum. Özümü inkişaf etdirirdim. Ancaq buna baxmayaraq, özümü heç zaman peşəkar saymırdım. Bir müddət sonra dünyanın ən məşhur foto aparatlarını əldə etdim. 1993 - cü ildə H. Əliyev Ali Sovetin sədri seçildikdən sonra o, prezidentliyə namizədliyini irəli sürdü. Bu vaxt da reklam üçün ona portret lazım idi. Xoş təsadüf nəticəsində mənə müraciət olundu ki, Əliyevin şəkillərini çəkmək lazımdır. Əvvəl razı olmadım çünki özümü hazır hiss etmirdim. Daha sonra razılaşdım. Çəkiliş üçün 2 saatdan çox vaxt ayırdılar. Baxış üçün şəkilləri böyük ölçüdə çap etdim, bundan sonra seçim üçün onun kabinetində şəkilləri masaya düzdüm. Masasının üstündə 20-25 şəkil var idi. O, hər bir şəklə çox incəliklə baxırdı. Sonda mənə dedi ki,- “ sən mənimlə işləyəcəksən”. Bu çox gözlənilməz təklif idi. Öncə razı olmadım çünki işləyirdim, həm də bu məsuliyyətli iş idi. O, ikinci dəfə mənə baxdı və dedi,-“mənimlə işləyəcəksən”. Razı oldum. Ali sovetin sədrindən prezidentliyə qədər bir yerdə çalışdıq. 

-Adi fotojurnalist kimi fəaliyyət göstərmək asandır. Amma mənə elə gəlir ki, rəsmi fotoqraf olmaq çox çətindir. Hansı çətinlikləri var? Bu məsuliyyəti necə təsvir edərsiz?

-Bu hər kəsə nəsib olan bir şey deyil. Adi bir şəkli çəkməkdən ötrü keçirdiyin stres, məsuliyət çox başqa hissdir. Onu da deyim ki, bu məsuliyyət məni daha da möhkəmləndirdi. Bilirdim ki, Heydər Əliyev foto ilə dərindən maraqlanır. Onu da bilməlisən ki, bir hadisə bir dəfə olur. İkinci dəfə demək olmur ki, yenidən bu fotonu çəkim. Hər saniyə çox önəmlidir. 

-Heydər Əliyevin fotoya çox önəm verdiyini qeyd etdiz. Başınıza gələn hər hansı bir maraqlı hadisəni xatırlayırsız?

-O qədər çox xatirələr, maraqlı anlar olub ki... Deməli günlərin bir günü “Bakinskiy raboçi” qəzetinin baş redaktoru mənə müraciət edərək Heydər Əliyevin qeyri-rəsmi formada olan fotosunu istədi. Səbəbini soruşanda dediki doğum günüdür, hamı onu prezident kimi şəkillərini paylaşır,insanlar da onu rəsmi şəxs kimi görür. Amma biz istəyirik ki, insanlar onun sadə həyat tərzini görsünlər. Uzun müddət düşündüm, sonda şəkili həmin xanıma çatdırdım. Hadisənin üstündən 10 gün keçdi və Heydər Əliyev məni otağına çağırdı. İçəri daxil olanda masanın üstündə “Bakinskiy raboçi” qəzetini gördüm. Nəşrin yarım səhifəsində Heydər Əliyevin şəkli var idi. Üzümə baxıb, ciddi şəkildə mənə dedi,-“Bu şəkili sən çəkmisən?” Mən də,- “  Bəli, cənab prezident”- deyə cavab verdim. O an gülümsədi və dedi:

“Çox gözəl şəkildi. Sonra bu fotodan iki ədəd çap edib mənə gətirərsən”.

-Rafiq müəllim, siz qeyd etdiniz ki, masasının üstündə “Bakinskiy raboçi” qəzeti var. Həqiqətən də Heydər Əliyev gündəlik qəzetləri oxuyurdu?

-Bəli, Prezident o qədər işlərinin, siyasətin içərisində mütəmadi olaraq qəzet də oxuyur, televiziya da izləyir, radio verilişlərini də dinləyirdi. Hətta onu da deyim ki, tv, radio verilişlərdə bəzən səhv danışan, yalan xəbər verən jurnalistləri tənqid də edirdi. 

-Həqiqətən də bunu hiss etmək olur. Əbəs yerə deyilməyib, Heydər Əliyev jurnalistlərin  dostudur. Bəs Ulu Öndər hansı fotolara üstünlük verirdi, heç onu çəkən zaman işinizə müdaxilə edirdimi?

-Xeyr, qətiyyən heç nə demirdi. Axı bu mənim işim idi. Hətta bir dəfə mənə dedi ki,-“ sən məni həmişə rəsmi formada, qalstuk pencəkdə çəkirsən. Axı ,sən daima mənim yanımda olursan. Hanı sadə şəkillər?” Mən də başa düşdüm və dedim ki, hazırlayaram. Ondan sonra ancaq sadə rəsmi olmayan formada kitab  hazırladım və çap etdik. Kitabın adı “Sadə bir insan” idi. Heydər Əliyevin foto ilə bağlı həm tələbi yüksək idi, həm də zövqü daim müasir və konkret olurdu. Onu da deyim ki, kameranı çox hiss edirdi. Onun şəkillərdəki duruşundan bunu görmək olur. 

-Rəhbərin fotolarını çəkəndə qarşılaşdığınız maraqlı situasiyaları bizimlə bölüşə bilərsiz?

-Bir gün Heydər Əliyev hovuzda dincəlirdi. Şəkillərini çəkmək fikrinə düşdüm. Amma suya girməli idim. Başqa çarəm olmadığı üçün əynimdəkilərlə hovuza daxil oldum. Maraqlı şəkillər çəkdim. Sonra mənə dedi ki,-“ sən nə əcəb şalvar, köynəklə girdin? Cavabımda,- “cənab prezident, ar etdim sizdən” dedim. 10-15 gün sonra bir də bu hadisə yaşandı. Amma onda vəziyyət tam başqa oldu. Hovuza girməzdən əvvəl məni çağırdı, dedi ki, kənarda paltarlar var səninçün, geyin, gəl. Mən onda Ulu Öndərin necə ağıllı və diqqətcil biri olduğunu tam dərk etdim.

-Heydər Əliyevin sizə, digərlərinə münasibəti necə idi? Onu şəxsiyyət kimi hər kəs tanıyır. Sizin xatirinizdə necə qalıb? Ona aid sözlər,cümlələr, xüsusiyyət və s. Heydər Əliyevi bir cümlə ilə necə ifadə edərdiniz?

-Düz vurğuladız, hər kəs onu şəxsiyyət kimi tanıyır. Məsuliyyətli, ciddi, siyasi bir insan kimi. Amma onun işçilərə,yaxın olduğu insanara qarşı başqa münasibəti var idi. Onunla danışanda heç kəsdən fərqlənmədiyini sezirdin. Onun gözəl sözü var idi. Deyirdi ki,-“siz jurnalistsiz, siz tarixi çəkirsiz. Elə bir jurnalist olmalısız ki, qapıdan qovanda bacadan girməlisiz, bacadan qovanda qapıdan”. O, böyük şəxsiyyət idi, elə bir şəxsiyyət ki, ondan çox insan çəkinir, sözün əsl mənasında qorxurdu. Amma o, bütün həyatını vətəni üçün qurban verən şəxslərdən olub.  

Ləman Abbaslı

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Hamısı