Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə "Tosu Zəngilanlı" kimi tanınan "TikToker" vəfat edib.
Ednews xəbər verir ki, Səbuhi Xanlarov məşhur “TikToker"in ölüm səbəbinin yüksək dozada narkotik maddənin təsirindən olduğu xəbərini təkzib edib. O, bildirib ki, Tosu Zəngilanski kimi tanınan Əbülfət Abbasov səhhəti ilə bağlı problemlərdən dolayı rəhmətə gedib.
“Hazırda mənzilin qabağında, yas yerindəyik. 3-4 saat əvvəl rəhmətə qovuşub. Qanında Hepatit, qaraciyərində sirrozu var idi. Tək bu deyil. Nəfəs almaqda da çətinlik çəkirdi. Elə bu yaxınlarda həkimə aparıblar, amma özünə baxmırdı. İçmək qəti şəkildə qadağan edilmişdir”.
Qeyd edək ki, Tosu Zəngilanskinin narkotik maddədən vəfat etdiyi haqqında iddialar var. Səbuhi Xanlarov onu da qeyd etdi ki, mərhum Biləcəri qəbirtsanlığında, anasının qəbrinin yanında basdırılacaq.
Ləman Abbaslı