Azərabycanlı deputat Sabir Hacıyev Qazaxıstanda başş tutan refendumda MDB Prlament Assambleyasının koordinatorluğu ilə referendumda səsvermə prosesini izləyiblər.
Ednews xəbər verir ki, bu barədə açıqlamasında deputat Sabir Hacıyev məlumat verib.
Onun sözlərinə görə, referendumun keçirilməsində məqsəd bu il mayın 6-da ictimaiyyətə açıqlanan “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında" qanuna dəyişikliklər və əlavələr ilə bağlı vətəndaşların fikirlərini öyrənmək olub. Ümumilikdə, konstitusiyanın 33 maddəsində 56 müxtəlif düzəlişin edilməsi təklif olunub və Qazaxıstan xalqı irəli sürülən təkliflərə öz müsbət rəyini bildirib.
Deputat bildirib ki, referendum MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun 57 üzvü izləyib. Prosesi Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin deputatları izləyib.
Deputat onu da bildirib ki, səfər zamanı Qazaxstan parlamentinin rəhbərliyi və digər rəsmilərlə görüş keçirilib. Görüşdə Azərbaycan-Qazaxstan münasibətləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.