Ölkəmizin yeni hekayələrini müasir dünyaya çatdıracaq kommunikasiya mütəxəssislərinə ehtiyacımız var Hafiz Paşayev

Cəmiyyət 15:30 21.07.2022
-Hafiz müəllim, ADA Universiteti ilk dəfə olaraq Milli Mətbuat Gününü özünün “Kommunikasiya v Rəqəmsal Media” ixtisası ilə qeyd edir. Yeni ixtisası açmaqla Siz, bu sahəyə hansı dəyişiklikləri gətirmək istəyirdiniz?
 
-Doğru qeyd edirsiniz. Bizim ötən tədris ilində başladığımız Kommunikasiya və Rəqəmsal Media ixtisası üzrə ilk tələbələrimiz təhsil ilini bitirib ikinci kursa keçirlər. İlk qrupumuz 40 yerli və dörd əcnəbi tələbədən ibarət idi. Bu il, ixtisasa qəbul davam edir. Xüsusilə, xaricdən müraciətlər ADA-dakı kommunikasiya ixtisasına marağın artıdığını göstərir. Mənə elə gəlir ki, bu sahəyə maraq həm də Azərbaycanın özünün beynəlxalq səhnədə dəyişən rolu ilə bağlıdır.
 
Kommunikasiya və media ilə maraqlananlar ən başlıcası maraqlı məzmun axtarışındadılar. Bu gün Azərbaycanın dünyaya təqdim edə biləcəyi məzmun surətlə zənginləşir və şaxələnir. Universitetimizdə artıq ənənə halını alan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda illik beynəlxalq forumda çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qafqazda yeni eranı-sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ölkəmizin bu yeni hekayələrini müasir dünyaya anlaşılan dildə çatdıracaq yeni kommunikasiya mütəxəssislərinə ehtiyacımız var. 
 
-Yeni dövrün jurnalistlərini necə görürsünüz?
 
-Son illərin rəqəmsal texnologiyalar inqilabı jurnalistlər üçün geniş imkanlar açdı. Onların, araşdırma, ictimai vəkillik, maarifləndirmə missiyaları qlobal vüsat aldı. Lakin bu prosesdə onların rəqabəti də artdı. Sosial media hər bir istifadəçiyə öz həqiqətini deməyə, rəyini bölüşməyə imkan yaratdı. Beləliklə, media mühitində subyektivlik artdı. Mən, medianı izləyərkən, hətta jurnalistlərin özünün də bu subyektivliyə məruz qaldığının şahidi oluram. İnformasiya bolluğunda yaşasaq belə, obyektivliyi qorumaq, faktları yoxlamaq, qərəzsiz  materiallar hazırlamaq cox vacibdir. Əks təqdirdə, ictimaiyyət mediadan lazımı fayda ala bilməz. Burada, həmçinin işıqlandırılacaq mövzuların seçimini də nəzərə almaq lazımdır. Mən, Azərbaycanın ABŞ-dakı səfiri olanda hər səhərimi “Vaşinqton Post”u vərəqləməklə başlayırdım. Çünki nəinki öz ölkəmdə, bütün dünyada baş verənlər barədə operativ və qərəzsiz məlumat almalı, bunu düzgün şəkildə təhlil edib qərarlar çıxarmalı idim. Bu günlərdə, media gündəmini nəzərdən keçirmək insanları aqqresivdən tutmuş depressivə qədər müxtəlif emosional hala salır. İşıqlandırılan mövzularda axtardığımız həll yollarını mühakimələr əvəzləyib. Halbuki, jurnalistlər məsələləri aydınlatmalı, səbələrini izah etməli, ictimaiyyətin gözləntilərinə cavab verməlidilər. Lakin onlayn media dövründə məlumat bolluğu çox vaxt materialların səthi və natamam hazırlanmasına gətirib çıxarır. Ümid edirəm, ADA-nın yetirmələri jurnalistikanın və medianın əsl missiyasına sadiq qalacaqlar.
 
-Bu sahəni yaxşı tədris etmək üçün ADA-da kifayət qədər potensial varmı?
 
-Hesab edirəm ki, biz, son 16 ildə tədrisdə öz sözümüzü demişik. ADA Universiteti təsis olunduğu gündən iş bazarını yaxından izləyərək Azərbaycanın ehtiyac duyduğu insan resursunu yetişdirməyə çalışır. Müəllimlər və jurnalistlər arasında oxşarlıqlar çoxdur. Onların hər ikisi auditoriyası ilə səmərəli şəkildə ünsiyyət qurmalı, bitərəf qalaraq auditoriyasını müzakirə olunan məsələlərdə maraqlandırmalı, mürəkkəb mövzuları anlaşılan dildə izah etməlidir. Araşdırılan məsələlərdə boşluq aşkar etdikdə, onu tədqiq etməli, çıxış yolu tapmalıdılar. Bütün bunları bacarmaq üçün isə, əvvəlcə auditoriyanı yaxşı başa düşməli, onların maraqlarını qorumalı və onlara xoş niyyətlə yanaşmalıdılar. Əlbəttə, hətta sinif otağında bütün tələbələr eyni olmur. Aralarında həvəssiz, şuluq, məsuliyyətsizləri də var. Amma müəllimin işi onların hamısını səbrlə maarifləndirmək, həyatda lazım olacaq bilik və bacarıqları öyrətməkdir. Medianın da işi ictimaiyyətin maraqlarından irəli gələrək onlara mütərəqqi istiqamətdə bələdçilik etməkdir. ADA Universitetinin müəllim potensialı hazırda on iki bakalavr və səkkiz magistr ixtisası üzrə yüksək səviyyədə təhsil verməyə imkan yaradır. Ali dərəcələrlə yanaşı, Universitetin İnkişaf və Diplomatiya İnstitutu müxtəlif sahələrdə ixtisasartırma proqramları həyata keçirir. Media sahəsi onlardan biridir. Ötən il prezident İlham Əliyevin ölkədə media sahəsində islahatlara dəstək məqsədi ilə yaratdığı MEDİA İnkişafı Agentliyi fəaliyyətini qurarkən ADA Universitetini ilk gündən  akademik tərəfdaş kimi seçmişdir. Tədris mərkəzimizdə media, ictimaiyyətlə əlaqələr mövzusunda çoxasylı təlimlər və konfranslar baş verir. Düşünürəm ki, bu proses tədricən ölkədə media sahəsinə yeni sağlam meyillər gətirəcək.
 
-ADA tələbələriniin əksəriyyəti gənc nəslə aiddir. Bu nəsil haqqında nə düşünürsünüz və onlardan gözləntiləriniz nədir?
 
-Hamının gənc nəsildən gözlədiyi kimi, mən də, onları savadlı və gələcək həyata hazırlıqlı görmək istərdim. Məqsədlərində və bu məqsədlərə necə çatacaqlarında aydın olsunlar. İlk növbədə, bağlı olduqları torpağa, ailələrinə layiq olsunlar. Xüsusilə də, müstəqilliyimizin möhkəmlənməsi naminə daim çalışsınlar. Unutmasınlar ki, onlardan əvvəl gələn nəsillər bu müstəqilliyi əldə etmək üçün çoxsaylı qurbanlar veriblər. Və hətta onların aid olduğu nəsil topaqlarımızın azad edilməsində həlledici rol oyanyıb. Universitetimizdə elə təhsil alsınlar ki, həmyaşıdlarının həyatlarını qurban verərək qurduqları Azərbaycana dayaq olsunlar, daxilən zəngin həyat yaşasınlar və bu zənginliyi bütün cəmiyyətimizlə bölüşsünlər. Hərdən, mən zahirən dırnaqarası müasir görünmək istəyən gənclərimizə rast gəlirəm. Məsələn, dərilərində döymə vuran cavanlara. Əvvəlki nəsillərdə bu dəb həbsxanada olanlara məxsus idi. Onlar da, həbsaxanadan çıxandan sonra döydürdükləri yazıları silməyə tələsirdilər, çünki keçmişləri ilə assosiasiya olmaq istəmirdilər. İnsanın gözəlliyi onun təbiilindədir. Təbiətin bəxş etdiyi özlüyündə ən böyük hədiyyədir. Ona süni müdaxilələrin tərəfdarı deyiləm, çünki bizim ən böyük və cəlbedici sərvətimiz daxili dünyamızda toplanmalıdır. Yaşa dolduqca, bütün zahiri müdaxilələr solub gedəcək, daxili dünyanız isə günü-gündən zənginləşəcək. 
 
-Müsahibə üçün təşəkkür edirəm, Hafiz müəllim.
 
Fidan Namazova
ADA Universitetinin 
Kommunikasiya və Rəqəmsal Media ixtisasının tələbəsi
 
 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
Hamısı