Şəkinin Vərəzət kənd sakini Təbriz Əliyev həyətdə quyu qazarkən qədim qəbir aşkarlayıb.
Ednews xəbər verir ki, qəbrin daş qutu formasında olması onun diqqətini çəkib.
O, dərhal qazıntını dayandıraraq aidiyyəti qurumlara müraciət edib.
Şəki Regional Elmi Mərkəzinin katibi Elşən Abdurəhmanov qəbrə baxış keçirib, onun daş qutu şəklində olması, yerləşmə istiqaməti, qəbirdə mərhuma aid əşyaların olmaması və digər dəlillərə görə onun təxminən 2 min ilə qədər yaşı ola biləcəyini bildirib.
Elşən Abdurəhmanov qeyd edib ki, qazıntılar davam etdiriləcək.