Özünü 12-ci imam kimi təqdim edən şəxsin məhkəməsi "Deyirdi kitabını bağlayaram, gedərsən cəhənnəmə"

Cəmiyyət 18:11 30.08.2022

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Ednews xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclas qalmaqalla başlayıb. Təqsirləndirilən şəxs konvoyun müşayiəti ilə zala daxil olan kimi, zərərçəkmiş şəxslər ayağa qalxaraq ona qarşı müxtəlif təhqiredici ifadələr işlədiblər.

Prosesə sədrlik edən hakim zərərçəkmişlərə xəbərdarlıq edərək məhkəmənin qayda-qanunlarına tabe olmağa tələb edib: "Nə səsinizi qaldırmısınız, dünənə qədər ona səcdə edən adamlar olmusunuz. İmkan verin məhkəməmizi keçirək".

Daha sonra "ŞaurmaN1"-in şəriki olmuş, zərərçəkmiş Natiq Sadıqov dindirilib. İttihama görə Natiq Sadıqova bu işlə bağlı 500 min manat ziyan dəyib. Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayevlə tanışlığı 2004-cü ildə başlayıb. Bundan əvvəl də onu din alimi kimi tanıyıb:

"Aqil Babayevin çox güclü dini savadı var. Bizi də elə bu yolla özünə inandırdı. İlk dəfə Bakının Əhmədli qəsəbəsində görüşümüz oldu, sonradan dəfələrlə təşkil etdiyi dini məclislərdə iştirak etdim. Təsəvvür edin ki, buna su aparan adamlar imama su verdikləri üçün fəxr edirdilər. Günlərin birində bizi toplayıb özünün imam olduğunu elan etdi. Hamıya da bildirdi ki, bu sirrin qorunması üçün Allahın tapşırığı var. Biz də fəxr etdik ki, Allah bizə belə bir sirr açıb".

Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayev əvvəllər çox kasıb biri olub. Ona ilk avtomobili də özü alıb: "Aqilin anası qapı təmizləyən, atası da xiyarsatan olub. Onun evini də mən təmir etmişəm. Təsəvvür edin ki, buna da, özümə də qiyməti, rəngi eyni olan "Lexus" markalı avtomobil aldım".

Natiq Sadıqov ifadəsinin davamında ittiham olunan şəxsin göstərişi ilə külli miqdarda zəkat verdiyini və müharibə iştirakçılarının yaşayışının yaxşılaşması üçün kömək etdiyini qeyd edib: "Aqil Babayevin əsas şərti zəkat çıxarmaq idi. Təkcə mən 173 min manat zəkat vermişəm. Bir dəfə də şəhid ailəsi üzvləri üçün ev tikdiyini dedi onda 370 min manat verdim. Hamımız onu böyük kimi qəbul etmişdik. Ona görə də işin üstü açılanda çox sarsıldıq".

Prokurorun "Sizi nə sövq edirdi ki, buna səcdə edirdiniz" sualına zərərçəkmiş şəxs "Deyirdi ki, mən Allahın nümayəndəsiyəm, kitabını bağlaya bilərəm. Mən də qorxurdum kitabımı bağlayar, gedərəm cəhənnəmə" - deyə cavab verib.

Prokurorun “Aqil Babayevin bir möcüzə etməsi ilə rastlaşmısızmı” sualına isə zərərçəkmiş belə cavab verib: "Cənab prokuror, inanc başqa şeydir. Başınıza gəlməsə, bilməzsiniz. Hindistanda da inəyə sitayiş edirlər məsələn".

Zərərçəkmiş sualları cavablandıran zaman Aqil Babayevin ətrafında olan hər kəsə təxəllüs də qoyduğunu deyib. Bildirib ki, ona İbadulla təxəllüsü verib.

Zərərçəkmiş şəxs Aqil Babayevin vəkillərini də suallarını cavablandırıb.

Vəkil Elnur Quliyev ilk olaraq zərərçəkmişdən Aqil Babayevin onlara hansı vədlər verdiyini soruşub:

"Vədi o idi ki, sona qədər onun yanında qalsaq, cənnətə gedəcəyik", - deyə zərərçəkmiş suala cavab verib.

Proses sentyabrın 6-da davam etdiriləcək.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Hamısı