Bu gün səhər saatlarında Bakı Tikiş Evinin (BTE) qarşısında böyük izdiham yaşanıb.
Ednews xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Övladına məktəbli forması almaq istəyən valideynlər binaya daxil olmağa çalışarkən çətinliklərlə üzləşiblər.
Qeyd edək ki, Bakı Tikiş Evinin rəsmisi bu il yalnız ibtidai sinifləri forma ilə təmin edə bilmək imkanlarının olduğunu bildirmişdi.