Neftçalada pambıq zavodunda taya aşıb.
Ednews-un Bizim media-ya istinadən verdiyi məlumatına görə, hadisə “Neftçala-Pambıq” ASC-də qeydə alınıb.
Belə ki, rayonun Kürqarabucaq kənd sakini, 1966-cı il təvəllüdlü Ağayeva Səriyyə Məlik qızı müəssisədə işləyərkən pambıq tayası üstünə aşıb.
Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra, o. reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.