Ən yaxşı müalicə erkən diaqnostikadır

Cəmiyyət 19:15 14.11.2022
Noyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Erkən diaqnoz sağlamlığın yoludur” mövzusunda seminar keçirilib. Ednews xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva son illər dünyada, eləcə də ölkəmizdə qəfil ölümlərə rastgəlmə tezliyinin artdığını, bunun əsas səbəbinin patologiyaların vaxtında aşkarlanıb müalicə edilməməsi olduğunu bildirib: “Belə bir deyim var: ən yaxşı müalicə erkən diaqnostikadır. Bir sıra xəstəliklərin səssiz inkişaf etməsi, bəzilərinin əlamətlərinin isə digər xəstəliklərin simptomları ilə qarışdırılması səbəbindən ya ani ölüm halları qeydə alınır, ya da xəstəliyin müalicəyə tabe olması çətinləşir. Odur ki, erkən diaqnostika həyat xilas edir deyimi əbəs deyil. Qəfil ölüm hallarının ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləridir. Təəssüf ki, vətəndaşlar nəinki ildə ən azı bir dəfə müayinədən keçmirlər, hətta sağlamlıqlarında baş verən dəyişikliklərə biganə yanaşırlar. Qəfil ölüm hallarının cavanlaşması, son zamanlar gənclər arasında müşahidə olunması isə ciddi narahatlıq doğurur. Odur ki, burada əhalinin vaxtlı-vaxtında müayinəyə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə maarifləndirmənin rolu əvəzsizdir. Ölkəmizdə xüsusilə də regionlarda belə tədbirlərin davamlı keçirilməsi ilə irəliləyişə nail ola bilərik”. Tədbirdə çıxış edən Olimp Hospitalın direktoru, qastroenteroloq-hepatoloq Aqil Ağakişiyev, “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov, “YAŞAM” Tibb Mərkəzinin kardioloqu Nurəddin Əhədov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova erkən diaqnostika və doğru müalicənin xərçəng, qaraciyər serozu kimi çarəsiz bilinən xəstəliklərin qarşısını almağa kömək etdiyini bildiriblər. Qeyd olunub ki, erkən diaqnostikadan keçməklə ürək-damar xəstəlikləri kimi qəfil ölümlərə səbəb olan xəstəliklərlə effektiv mübarizə aparmaqla yanaşı, onları yaradan amillərdən uzaq durmaq barədə məlumatlanmaq da mümkündür. Çıxış edənlər Azərbaycanda səhiyyənin istər özəl, istərsə də dövlət səviyyəsində xeyli inkişaf etdiyini diqqətə çatdırıb, icbari tibbi sığortanın tətbiqinin, maliyyə problemi olan insanların dövlət qayğısı ilə əhatə olunmasının erkən diaqnostikada əhəmiyyətindən bəhs ediblər. Vətəndaşlar icbari tibbi sığortadan yararlanıb vaxtında həkimə müraciət edə biləcəklər ki, bu da xəstəliklərin erkən aşkarlanmasında böyük rola malikdir. Çıxışlar zamanı, həmçinin xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkarlanmasında həkimlərin rolundan danışılıb, onların xəstənin şikayətlərinə düzgün yanaşmaları, xəstəliyə diaqnoz qoymaları üçün lazım olan bütün üsullardan istifadə etməli olduqları vurğulanıb. Diqqətə çatdırılıb ki, bunun üçün həkimlər elmi-texniki imkanlardan istifadə etməli və onlar üçün yazılmış elmi protokollara əməl etməlidirlər. Tədbir zamanı “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov, Olimp Hospitalın həkimləri Afaq Musayeva və Nəzrin Sultanlı müxtəlif xəstəliklərin, xüsusilə də kardioloji xəstəliklərin erkən diaqnostikasının vacibliyindən bəhs edən təqdimatlarla çıxış edib, mövzulara dair sualları cavablandırıblar. Seminar çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Erkən diaqnoz sağlamlığın yoludur” filmi nümayiş etdirilib. Filmdə qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Statistikaya əsasən, hər il 18 milyona yaxın insan bu səbəbdən həyatını itirir. Təşkilat bildirir ki, ürək xəstəlikləri ölümlərin 31 faizini təşkil edir. Siqaret çəkmək, yanlış qidalanma, hərəkətsizlik, duzlu qidaların və spirtli içkilərin qəbulu insanlarda təzyiqin və qan şəkərinin, eləcə də çəkinin artmasına gətirib çıxarır. Hesablamalara görə, ürəklə bağlı ölümlərin üçdəbiri 70 yaşdan aşağı insanlar arasında qeydə alınır və bu rəqəm durmadan artır. Dünyada olduğu kimi Azərbaycanda da ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən həyatını itirənlərin sayından daha çoxdur. Filmdə bir sıra mütəxəssislərin fikirlərinə də yer verilib. Onlar əhalini sağlamlıqlarına laqeyd yanaşmamağa, zərərli vərdişlərdən uzaq durmağa, hər hansı bir şikayət olduğu zaman mütləq həkimə müraciət etməyə çağırıblar.
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Hamısı