Azərbaycanda “Qara cümə” bazarı Fırıldaq yoxsa reallıq?

Cəmiyyət 15:00 23.11.2022
"Qara Cümə" ABŞ-da noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükran günündən sonrakı Cüməyə verilən qeyri-rəsmi bir addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq, "Qara Cümə" termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. Qara Cümə günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir, və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. "Qara cümə" günü ABŞ-dan başqa daha bir neçə ölkələrdə də keçirilir. 
 
Son  dönəmlər Azərbaycanda da “Qara cümə”yə maraq artıb.  Ancaq bəzi sahibkarlar fərqli yollara əl atırlar. Belə ki, onlar məhsulların qiymətini məqsədyönlü şəkildə artırırlar. “Qara cümə” günləri isə həmin məhsulu əvvəlki qiymətinə satırlar və bu yolla guya böyük endirimlərin tətbiq edildiyi təəssüratını yaradırlar.
 
Ednews bu barədə iqtisadçı-ekspertlərin fikirlərini öyrənib. 
 
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə,  Azərbaycanda daxili istehsal yox səviyyəsindədir. Xüsusən “Qara cümə”də ərzaq məhsullarına endirim edilmir.  
 
“Əsas burada geyim, məişət əşyaları və.s məhsullara endirim şamil edilir. Əsas bunların hamısı ölkəyə idxal edilir. Bunlar da gətiriləndə adətən sahibkarlar onun üzərinə çox böyük marjal qoya bilmirlər və xüsusən də geyim sənayəsində ciddi rəqabət müşahidə edilir. Burada indi iki məsələ ortaya çıxır. Digər məsələ isə bizim sahibkarların kapital ehtiyatları, böyük imkanları yoxdur, brendləşməyə getməyiblər. Söhbət xırda obyektlərdən gedir. Adı, brendi, imkanları məhduddur. Onlar da çıxış yolu kimi, alıcıları cəlb etmək üçün bu yola əl atırlar. Bazarlarda qiymətləri dövlət tənzimləmir. Onlar qiyməti təyin etməkdə sərbəstdirlər. Dünyada da belədir, təkcə dövlətimizlə əlaqəli deyil. Burada əsas şirkətin brendinə hörməti məsələsi ön plana çıxır. Onlara heç kim mane ola bilməz, amma “Qara cümə”ni bu formada tətbiq etmək yalnız o brendinə, müştərisinə hörmətsizlik edirlər. Şirkətlərin brendləşməsi, sahibkarların imkanları məhdud olduğu üçün “Qara cümə”də bu cür sehrbaz tryuklardan, fəndlərdən istifadə edirlər. Burada heç bir qanun pozuntusu yoxdur. İnsanlar bunu yalnız sosial şəbəkələrdə tənqid edə bilərlər. Aksiyaların real olmadığına görə, KİV-lər məlumatlar yaya bilərlər. Bunu yalnız cəmiyyət cəzlandıra bilər”. 
 
İqtisadçı ekspert Eyyub Kərimli açıqlamasında bildirib ki, “Qara cümə”nin bir neçə hədəfi var. Bu hədəflərdən biri əlavə müştəriləri cəlb etmək, satış mərkəzlərində dövriyyənin artırılması, həmçinin tanıtım və reklam, marketinq prosesləridir.  
 
“Məlum məsələdir ki, hazırda dünyanın bir çox ölkələri "Qara cümə" keçirir. Nəticədə endirim kampaniyasında satışlar bir neçə dəfə artır, sahibkarlar xeyli əlavə gəlir əldə edirlər. Hesab edirəm ki, bu ümumilikdə müsbət haldır. Çünki bu, həm sahibkarların gəlirlərinə müsbət təsir edir, həm də istehlakçılar məhsulları endirimli, sərfəli əldə edir.
Sözsüz ki, Azərbaycanda bu təcrübə yeni tətbiq olunmağa başlayıb.  Bəzi işbazlar bundan sui-istifadə edirlər. Belə ki, bəzən satış öncəsi qiymətləri artıraraq süni endirim qiymətləri ilə məhsullarını satır, bununla da  istehlakçıların hüquqlarını pozmuş olurlar. Bu, qanuna ziddir, ona görə də hesab edirəm ki, müəyyən cəzalar tətbiq olunmalıdır.  O ki,qaldı nəzarət məsələsinə, hesab edirəm ki, bu məsələ əsasən ictimaiyyət nümayəndələrinə, QHT-lərə, KİV-lərə həvalə edilməli, öncədən monitorinqlər aparılmalıdır. 
 
Əlbəttə ki, dövlətin bu yöndə müvafiq qurumları, o cümlədən İqtisadiyyat Nazirliyinin nəzdində İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Həmin qurumlar süni endirim məsələsinə nəzarət edə bilərlər. Lakin bu, kütləvi hal aldığından hesab edirəm ki, dövlət qurumlarının məsələyə daha ciddi nəzarət etməsi məhduddur. Buna görə də ən yaxşı nəzarətçilər alıcıların özləri ola bilər". 
Qeyd edək ki, Azərbaycanda “Qara cümə” endirim festivalı 2 gün sonra keçiriləcək.  
 
 
Oğuz Ayvaz
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Hamısı